Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Çindən Almaniyaya gedən yük qatarı Azərbaycana yola salınıb

© Photo : ASCO“Maestro Niyazi” gəmisi
“Maestro Niyazi” gəmisi  - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Yük qatarındakı konteynerlər Qazaxıstandan “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.
BAKI, 4 may — Sputnik. Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb. Yük qatarı buradan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.
Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" məlumat yayıb.
ASCO-nun İstismar-kommersiya departamentindən bildirilib ki, "Maestro Niyazi" fider gəmisinin mayın 5-də Hövsan limanına çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.
Qeyd edək ki, "Maestro Niyazi" gəmisinin uzunluğu 140,33, eni 16,5 metrdir, yükgötürmə qabiliyyəti isə 5500 tondur.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.
Avropa – Qafqaz – Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Dəniz Gəmiçiliyi transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ASCO-nun Ro-Pax gəmisi - Sputnik Azərbaycan, 1920, 21.10.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici sularda fəaliyyətini genişləndirir
Xəbər lenti
0