CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşlılar ictimai nəqliyyatda daha az ödəniş etməlidir?

© Sputnik / Murad OrujovBakı metrosu açılşdan sonra
Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularından ibarətdir.
BAKI, 16 fevral — Sputnik. Dünyanın bir çox ölkələrində yaşı 65-dən yuxarı olan şəxslər dövlət tərəfindən xüsusi diqqətlə əhatə olunur. Qonşu Türkiyədə də yaşı 65-dən yuxarı olan şəxslərə bir sıra güzəştlər var. Həmin güzəştlərdən biri də sayı 10,5 milyon olan yaşı 65-dən yuxarı şəxslərin ictimai nəqliyyat və dəmiryolu xidmət, eyni zamanda da ölkədaxilində dənizlə səyahətinin pulsuz olmasıdır.
Azərbayanda da son illərdə yaşlılarən pensiyasının artırılması istiqamətində tədbirlər həyata keçirilib. Lakin bununla belə bahalaşmanın olması onlara bu rifahı hiss etməyə imkan verməyib.
Bahalaşma, yaşlandıqca dərmandan asılılıq, ölkədə dərmanların baha olması, bu kimi xərclərin tək pensiya məbləği ilə qarşılanmasının mümkünsüzlüyü yaşlılar üçün əlavə problemlərə səbəb olur. Maraqlıdır, Türkiyə və digər ölkələrin yaşlılarla bağlı hansı təcrübələrindən necə yararlanmaq olar?
Sosioloq Aynur Hacıyeva deyir ki, Azərbaycanda yaşlıların arzuolunan həyat tərzi yaşadığı ilə bağlı danışmaq bir qədər çətindir:
"Çünki əminliklə deyə bilmərik ki, Azərbaycanda yaşayan, ahıl yaşa, əmək pensiyası yaşına çatanların hamısının sosial rihafı yaxşıdır. Bir çox ölkələrdə müşahidə edirik ki, yaşlıların asudə vaxtının daha dəyərli keçirilməsi üçün nələrsə edilir, yaxud müəyyən ödənişlərdə onlara güzəştlər olunur. Həmin ölkələrdə belə şəxslərə dərmanların alınmasında, səhiyyə xidmətlərində güzəştlər var. Lakin Azərbaycanda belə güzəştlər yoxdur. Müxtəlif xarici ölkələrdə yaşayan yaşlılar pensiyaya çıxdıqda səyahət edirlər, günlərini daha məhsuldar keçirirlər, əyləncəyə zaman ayırırlar. Biz onlara həsrətlə baxırıq, hər zaman arzu edirik ki, yaşlılarımız belə həyat tərzi keçirsinlər".
© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidPensiyaçı, arxiv şəkli
Pensiyaçı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Pensiyaçı, arxiv şəkli
Sosioloq bildirir ki, Azərbaycanda yaşlılar əmək pensiyasına çıxandan sonra aldıqları təqaüdün səyahətə, müxtəlif məşğuliyyətlərə vəsait sərf etməyə, eyni zamanda müalicə, müayinə, dərmanlara kifayət etməsi mümkün deyil:
"Yaxşı olardı ki, xarici ölkələrdə olan bir sıra təcrübələr bizdə tətbiq edilsin, xüsusən ictimai nəqliyyatdakı güzəştlər ölkəmizdə tətbiq olunsa, gözəl olardı. Lakin təəssüflər olsun ki, bizdə bu ödənişlər standartdır, yaşından asılı olmayaraq hamı eyni ödənişi edir".
Avropaya səyahət
Bir çox Avropa ölkələrində yaşlıların müəyyən güzəştlərdən yararlanması üçün onlara xüsusi kartlar verilir və onun vasitəsilə yaşlılar müxtəlif yerlərdə, eyni zamanda da ictimai nəqliyyatda güzəştlərdən yararlanmış olurlar.
Avropa Birliyinin üzvü olan bir ölkədən digər ölkəyə səyahət zamanı da bu güzəştlər qüvvədə qalır.
Müxtəlif ölkələrin təcrübəsi
Belçikada günün pik olmayan vaxtlarında, səhər 09:00-dan sonra yaşlılar üçün gediş haqlarında bir neçə dəfədən artıq endirim var. Onlar il boyu bu endirimlə ölkənin bir başından digər başına rahat və sərfəli səyahət edə bilirlər.
Fransada da nəqliyyat növündən asılı olaraq yaşlılara 25-50 faizədək endirimlər var. Belçikadan fərqli olaraq Portuqaliya, İspaniya, Fransa, Almaniyada 60-dan çox yaşı olan hər kəs ictimai nəqliyyatdakı güzəştlərdən istifadə edə biləcəklər. Almaniyada da bu güzəştlər 50 faizdir.
İtaliya "Carta d'Argento (Gümüş kart) kartı vasitəsi ilə yaşı 60-dan yuxarı olanlar ictimai nəqliyyatda, həmçinin də səyahət zamanı müəyyən güzəştlərdən yararlanmış olurlar.
Qeyd edək ki, ölkə başçısının yeni Sərəncamı ilə Azərbaycanda 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib.
Bu artımla bərabər, Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Bu həftə ərzində pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq.
Beləliklə, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə bu artım 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq.
Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini (6,7%) üstələyir ki, bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir.
Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.
Qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq.
Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.
Yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.
Məlumat üçün bildirək ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanda pensiyalara artımlar
Hərbi xidmət əmək stajına niyə daxil edilmir?
Əlillərə birdəfəlik ödənişlər nə zaman veriləcək?
Xəbər lenti
0