https://sputnik.az/20220201/ukrayna-rusiyadan-guzest-isteyir-438725236.html
Ukrayna Rusiyadan güzəşt istəyir
Ukrayna Rusiyadan güzəşt istəyir
Sputnik Azərbaycan
Kuleba: "Biz deyirik ki, Rusiya güzəştə getməlidir və bununla da sülhə maraqlı olduğunu nümayiş etdirməlidir". 01.02.2022, Sputnik Azərbaycan
2022-02-01T15:31+0400
2022-02-01T15:31+0400
2022-02-01T15:31+0400
ukrayna
dünya xəbərləri
rusiya
güzəşt
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438687694_0:102:3276:1945_1920x0_80_0_0_88b9483949b7e06692f425e505d24f1c.jpg
BAKI, 1 fevral — Sputnik. Ukrayna Rusiya ilə konstruktiv danışıqlara hazırdır. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.Nazir qeyd edib ki, ölkəsi indiyə qədər sülh üçün hər şeyi edib və indi növbə Rusiyadadır, onlar ilk addımı atmalıdırlar: "Kimsə bizə təzyiq və ya bizi nəyisə edib-etməməyə məcbur edə bilməz. Rusiya güzəştə getməlidir. Ukrayna qonşusundan bunu gözləyir. Biz məqsədimizi tərəfdaşlarımıza da açıqlamışıq. Biz deyirik ki, Rusiya güzəştə getməlidir və bununla da sülhə maraqlı olduğunu nümayiş etdirməlidir".Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438687694_274:0:3003:2047_1920x0_80_0_0_40bda87361d4757c08451224bb9c4aa4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya və ukrayna: bir tərəf o birinin güzəştə getməyini istəyir
rusiya və ukrayna: bir tərəf o birinin güzəştə getməyini istəyir
Ukrayna Rusiyadan güzəşt istəyir
Kuleba: "Biz deyirik ki, Rusiya güzəştə getməlidir və bununla da sülhə maraqlı olduğunu nümayiş etdirməlidir".
BAKI, 1 fevral — Sputnik. Ukrayna Rusiya ilə konstruktiv danışıqlara hazırdır. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.
Nazir qeyd edib ki, ölkəsi indiyə qədər sülh üçün hər şeyi edib və indi növbə Rusiyadadır, onlar ilk addımı atmalıdırlar: "Kimsə bizə təzyiq və ya bizi nəyisə edib-etməməyə məcbur edə bilməz. Rusiya güzəştə getməlidir. Ukrayna qonşusundan bunu gözləyir. Biz məqsədimizi tərəfdaşlarımıza da açıqlamışıq. Biz deyirik ki, Rusiya güzəştə getməlidir və bununla da sülhə maraqlı olduğunu nümayiş etdirməlidir".
Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.