Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan boksçusu dünya çempionu oldu

© AP Photo / Frank Franklin IIAzərbaycan boksçusu Alfonso Dominges
Azərbaycan boksçusu Alfonso Dominges - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
Kuba əsilli boksçumuz, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi Alfonso Dominges finalda braziliyalı Keno Maçadonu məğlub edib.
BAKI, 5 noyabr - Sputnik. Azərbaycan boksçusu Alfonso Dominges dünya çempionu tituluna yiyələnib.
Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, o, bu uğura Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda imza atıb.
86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan Asif Axundov klubunun üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən çempion üçün xüsusi kəmərə və 100 min dollar mükafata da sahib olub.
Tokio-2020-nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.
Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Domingesin qızıl mükafat qazandığı mundialda Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub. Bürünc medalçılara 25 min dollar mükafat verilib.
Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.
Xəbər lenti
0