Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Nazirlik sosial şəbəkələrdəki nasazlığın səbəbini açıqladı

© AFP 2023 / Eric BARADATSosial mesengerlərin ikonkaları, arxiv şəkli
Sosial mesengerlərin ikonkaları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.
BAKI, 5 oktyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemin səbəbini açıqlayıb. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 4 oktyabrda bir neçə saat ərzində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.
“Facebook” şirkəti tərəfindən açıqlanan məlumata əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub. Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib. Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur. Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyəti məlumatlandıracağıq.
Xatırladaq ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər bazar ertəsi günü təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. “Facebook” üçün bu, tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşıb, şirkətin qurucusu Mark Zukerberq isə təxminən yeddi milyard dollar pul itirib.
Xəbər lenti
0