Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bioloqlar həddindən artıq kökəlmənin yeni səbəbini tapıblar

© AP Photo / Oded BaliltyÇimərlikdə əlində balıq olan kişi, arxiv şəkli
Çimərlikdə əlində balıq olan kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
İnsan orqanizmində 14 gen kilo almağa səbəb olur və yalnız üçü bunun qarşısını ala bilir.
BAKI, 3 oktyabr - Sputnik. ABŞ-ın Virciniya Universitetinin alimləri artıq çəkiyə təsir edən genlər aşkar ediblər.
Sputnik Azərbaycan bildirir ki, müvafiq tədqiqatın nəticələri “PLOS Genetics” elmi jurnalında dərc olunub.
Alimlər insanın bədən çəkisinə təsir göstərə biləcək 293 gen aşkarlayıblar. Laboratoriya yolu ilə onlar təcrid olunmuş genləri piylənməyə səbəb ola biləcək və onun qarşısını ala biləcək genlərə bölüblər. Məlum olub ki, 14 gen kilo almağa səbəb olur və yalnız üçü bunun qarşısını ala bilir.
“Biz kəşf etdiyimiz yeni genlərin piylənməni azaldan müalicə üsullarının hazırlanmasını sürətləndirəcəyini gözləyirik”, - deyə “UVA” İncəsənət və Elmlər Kollecinin, Tibb Məktəbinin Hüceyrə Biologiyası fakültəsi və Ürək-Damar Tədqiqatları Mərkəzinin əməkdaşı Eylin O'Rurk bildirib.
Qeyd olunur ki, mütəxəssislər tədqiqatı genlərinin təxminən 70%-i insanlarla üst-üstə düşən qurdlar üzərində spsrıblar.
Xəbər lenti
0