CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meyidi tapılan neftçinin qardaşı onun sonuncu mesajından danışdı

© sputnik.az/Фуад Гасановİman Qasımovun qardaşı Rafiq Qasımov
İman Qasımovun qardaşı Rafiq Qasımov - Sputnik Azərbaycan
Abunə olmaq
Rafiq Qasımov: İmanın son mesajı bir atanın ən çarəsiz anını göstərir.

BAKI, 28 dek – Sputnik. “İman ailəcanlı və çox fədakar ata idi. Evdə uşaqların maddi sıxıntı çəkməməsi üçün hər çətinliyi gözə alırdı”. Bunu həyatını itirən neftçi İman Qasımovun qardaşı Rafiq Qasımov mərhumun dəfn mərasimində Sputnik-ə açıqlamasında deyib. 

Qardaşının cəsədinin tapıldığı xəbərini dünən ilk öncə televiziyadan eşitdiyini deyən Qasımov, daha sonra SOCAR nümayəndəsindən evə bu barədə zəng gəldiyini söyləyib. 

“İmanın cəsədini dünən səhər Türkmənistandan birbaşa hava limanına gətiriblər. Biz də axşam gedib onu təslim aldıq”.

“Bu faciə əbədi olaraq yaddaşımıza həkk olundu” deyən Rafiq Qasımov, qardaşının yazdığı sonuncu mesajı “bir atanın ən çarəsiz anı” olaraq xarakterizə edib:

“O andakı vəziyyəti burda oturub anlamaq və ya anlatmaq həqiqətən mümkün deyil. Hələ yoldaşına yazdığı sonuncu mesaj tüklərimizi irpələndirdi. O mesaj bir atanın düşdüyü çarəsiz vəziyyəti gözlər önünə gətirir”. 

© facebookNeftçi İman Qasımovun həyat yoldaşına yazdığı son mesaj
Neftçi İman Qasımovun həyat yoldaşına yazdığı son mesaj - Sputnik Azərbaycan
Neftçi İman Qasımovun həyat yoldaşına yazdığı son mesaj

Dəfn xərclərinin dövlət tərəfindən çəkildiyini deyən mərhumun digər qardaşı Əsəd Qasımov, Qaradağ rayon İcra Hakimiyyətinə və SOCAR  şirkətinə diqqət və qayğısına görə təşəkkür edib.  

İman Qasımovla 32 ildir bir yerdə çalışan iş yoldaşı Gümrah Tamıyev, İmanın çox mərd və nəzakətli insan olduğunu ifadə edib: 

“Hələ də onun dünyadan köçdüyünə inana bilmirəm. Bəlkə də bu uzun illər birgə çiyin-çiyinə işlədiyimiz üçün belədir. İman çox mərd və nəzakətli insan idi”. 

Neftçi İman Şura oğlu Qasımovun cəsədi Xəzər dənizinin Türkmənistan sahilində tapıldıqdan sonra dünən Azərbaycana gətirilib. Bugün Qaradağ rayonu Lökbatan qəsəbəsində mərhumun dəfn mərasimi keçirilib. İman Qasımovun 4 övladı var. 

© sputnik.az/Фуад ГасановNeftçi İman Qasımovun dəfn mərasimi
Neftçi İman Qasımovun dəfn mərasimi - Sputnik Azərbaycan
1/4
Neftçi İman Qasımovun dəfn mərasimi
© sputnik.az/Фуад Гасановİman Qasımovun qardaşı Rafiq Qasımov
İman Qasımovun qardaşı Rafiq Qasımov - Sputnik Azərbaycan
2/4
İman Qasımovun qardaşı Rafiq Qasımov
© sputnik.az/Фуад Гасановİman Qasımovun qardaşı Əsəd Qasımov
İman Qasımovun qardaşı Əsəd Qasımov - Sputnik Azərbaycan
3/4
İman Qasımovun qardaşı Əsəd Qasımov
© sputnik.az/Фуад Гасановİman Qasımovun iş yoldaşı Gümrah Tamıyev
İman Qasımovun iş yoldaşı Gümrah Tamıyev - Sputnik Azərbaycan
4/4
İman Qasımovun iş yoldaşı Gümrah Tamıyev
1/4
Neftçi İman Qasımovun dəfn mərasimi
2/4
İman Qasımovun qardaşı Rafiq Qasımov
3/4
İman Qasımovun qardaşı Əsəd Qasımov
4/4
İman Qasımovun iş yoldaşı Gümrah Tamıyev

Dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində platformada olan 63 nəfərdən 33-ü xilas edilib, 1 nəfər həlak olub, 29 nəfər isə itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin axtarış xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıb. Axtarışlar nəticəsində 7 nəfərin cəsədi tapılıb, 22 nəfərin isə axtarışları davam etdirilir.

Xəbər lenti
0