23:31 20 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
DÜNYA
Qısa URL
2199 0 0

İnternet istifadçiləri Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni vaxtilə Moskvaya yaltaqlanmaqda ittiham ediblər. Onların sözlərinə görə, nəticədə Rusiya öz mövqeyini möhkəmləndirib və indi Yaponiyaya yuxarıdan aşağı baxır.

BAKI, 4 sentyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovun Cənubi Kuril bölgəsində Yaponiya ilə birgə iqtisadi fəaliyyətlə bağlı dediyi sözlər "Yahoo News Japan" internet portalının oxucuları arasında qızğın müzakirələrə səbəb olub. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.

Yaponiyanın təşəbbüsünə qarşı çıxan Lavrov bu addımın Rusiya hüquq sistemindən fərqli şəkildə həyata keçirilməsini nəzərdə tutduğunu və bunun da Konstitusiyaya zidd olduğunu vurğulamışdı.

Portaldakı müzakirəyə qoşulan istifadəçilərin əksəriyyəti bildirib ki, Yaponiyanın artıq "şimal torpaqları" ilə bağlı taktikasını dəyişdirməyin vaxtı gəlib çatıb. Belə ki, məsələni internetdə şərh edənlərdən biri Moskvanın heç vaxt Kuril adalarından əl çəkməyəcəyini və buna görə də Tokionun "Rusiyanı razı salmaq" cəhdlərinin heç bir mənasının olmadığını yazıb.

"Yaponiya Kuril adalarının geri qaytarılmayacağını və ya ən azından Rusiyanın bunu etmək niyyətində olmadığını düşünərək öz diplomatiyasını yenidən qurmalıdır", - deyə istifadçilərdən biri qeyd edib.

"Ksa" şərti adını daşıyan başqa bir istifadəçi isə vurğulayıb ki, Tokio soyuqqanlılıqla vəziyyəti yenidən düşünməlidir. Onun fikrincə, hələlik Yaponiya diplomatiyası Kuril adaları məsələsində ruslara uduzur. "Yaponiyanın, sadəcə, səssizcə geri çəkilməsi lazımdır. Artıq heç bir tədbir görməyə ehtiyac yoxdur. Əlvida!" – deyə "Kak" adlı başqa bir istifadçi yazıb.

Bəzi istifadçilər isə Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni vaxtilə Moskvaya yaltaqlanmaqda ittiham ediblər. Onların sözlərinə görə, nəticədə Rusiya öz mövqeyini möhkəmləndirib və indi Yaponiyaya yuxarıdan aşağı baxır.

Tsu adlı istifadəçi isə Yaponiyanı "amansızlıqla hərəkət etməyə" və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putin Kuril adalarında biznes üçün misli görünməmiş vergi rejiminin yaradılacağını və sahibkarların on il müddətində vergidən azad ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, bu üstünlüklərdən təkcə rusiyalı iş adamları deyil, xarici investorlar da yararlana biləcəklər.

Xatırladaq ki, İkinci Dünya müharibəsinin çoxdan başa çatmasına baxmayaraq indiyə kimi Rusiya və Yaponiya sülh müqaviləsi imzalamayıblar. Yalnız 1956 -cı ildə iki ölkə Birgə Bəyannaməyə imza atıb ki, həmin sənədlə də SSRİ sülh müqaviləsi bağlandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya verilməsinin mümkünlüyünü nəzərdən keçirməyi qəbul edib. Sənəddə Kunaşir və İturup adalarının gələcək taleyi ilə bağlı məsələyə isə toxunulmayıb.

Moskva Birgə Bəyannamənin mübahisəyə son qoyacağına ümid edirdi, ancaq Tokio sənədin mövcud problemin yalnız bir hissəsini həll etdiyini düşünərək bütün adalara olan iddialarından əl çəkmək fikrində deyil. Rusiya tərəfinin mövqeyi bu günə qədər dəyişməz olaraq qalır: İkinci Dünya müharibəsindən sonra Kuril Adaları SSRİ -nin tərkibinə daxil oldu və Rusiyanın onların üzərində suveren hüquqlara sahib olduğu şübhə doğurmur.

Həmçinin oxuyun:

Putin Rusiya-Yaponiya əlaqələrinin normallaşdırılmasını istəyir

Teqlər:
Kuril adaları

Əsas mövzular