22:36 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
DÜNYA
Qısa URL
1036 0 0

İki nəhəng ölkənin liderlərinin İsveçrədə baş tutacaq sammitində Dağlıq Qarabağa da xüsusi diqqət ayrılacaq.

BAKI, 15 iyun - Sputnik. ABŞ prezidenti Cozef Bayden Cenevrəyə gəlib.

Amerika lideri sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Putinlə Baydenin görüşü

Qeyd edək ki, Rusiya – ABŞ sammiti iyunun16-da Cenevrədə "Villa La Grange" adlı iqamətgahda baş tutacaq.

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşdən öncə bəyan edib ki, şəxsi təmasların bərpası, birbaşa dialoqun qurulması və real fəaliyyət göstərən qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması vacibdir.

"Danışmaq üçün mövzular var. Ümumi mövzular mövcuddur. Əgər görüşdən sonra biz bütün istiqamətlər üzrə işlərin mexanizmlərini yaratsaq, mənə elə gəlir ki, bu yaxşı olardı, demək olardı ki, görüş havayıdan keçməyib", - deyə prezident bildirib.

Putin xatırladıb ki, Ağ ev də bu barədə danışır: “hər iki tərəf üçün maraqlı olan bir neçə məsələ var – strateji sabitlik, regional münaqişələr, ümumilikdə, qlobal mənada ekologiya barədə qayğı və kibertəhlükəsizlik”.

Rusiya-ABŞ münasibətlərində nə baş verir?

Rusiya Xarici İşlər Nazirlinin müavini Sergey Ryabkov daha əvvəl RBK-ya müsahibəsində bəyan edib ki, Rusiya tərəfi sabitlik və proqnozlaşdırıla bilmək məsələsində ABŞ-dan az maraqlı deyil. 

"Mövcud suallar toplusunu belə acınacaqlı vəziyyətə gətirən Rusiya deyildi. Əksinə, çox uzun müddətdir, faktiki olaraq Barak Obama administrasiyası dövründən bəri Rusiya tərəfi səbir və təmkin nümayiş etdirib", - deyə o, bildirib. 

"Vaşinqtona vəziyyəti gərginləşdirmək üçün deyil, vəziyyəti düzəltməyə başlamaq üçün fürsət verməyə çalışdıq. Təəssüf ki, bu nəticə vermədi və biz bu gün əlimizdə olanlarla kifayətlənmək məcburiyyətində qaldıq", - Ryabkov deyib.
XİN təmsilçisinin sözlərinə görə, Rusiya tərəfi öz mövqeyinə qətiyyətlə əməl edir: "ABŞ-la keyfiyyətli dialoq yalnız qarşılıqlı hörmət və maraqlarımız nəzərə alınmaq şərti ilə mümkündür. Lakin Vaşinqton ağlabatan əsasda bir razılığa gəlmək istəmir".

Qarabağ məsələsi liderlərin gündəmində

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden Cenevrə görüşü zamanı Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ, Ukraynadaxili böhran və Belarusdakı vəziyyətə ayrıca diqqət ayrılacaq.

Əsas mövzular