19:17 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
25 0 0

Kurts əlavə edib ki, Avstriya Ukrayna sərhədində qoşunların dislokasiya olunmasından çox narahatdır və ümid edir ki, vəziyyətin bundan sonra da gərginləşməsindən qaçmaq mümkün olacaq.

 

BAKI, 26 aprel — Sputnik. Avstriya Kansleri Sebastyan Kurts Rusiyaya qarşı Avropa İttifaqı (Aİ) tərəfindən əlavə sanksiyaların tətbiqinin əleyhinə çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu kansler "Neue Züricher Zeitung" nəşrinə müsahibəsində bildirib.

"Aİ-nin artıq qəbul olunan sanksiyaları düzgündür. Lakin dialoqa üstünlük vermək vacibdir. Bizim qitədə sülh yalnız Rusiya ilə birgə mümkündür, ona qarşı olmaqla yox", - deyə Avstriya kansleri vurğulayıb.

Kurts əlavə edib ki, Avstriya Ukrayna sərhədində qoşunların dislokasiya olunmasından çox narahatdır və ümid edir ki, vəziyyətin bundan sonra da gərginləşməsindən qaçmaq mümkün olacaq.

Əsas mövzular