Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baydenlə Putinin danışığının yeni detallarını açıqlandı

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ В. Путин выступил на сессии онлайн-форума "Давосская повестка дня 2021"
Президент РФ В. Путин выступил на сессии онлайн-форума Давосская повестка дня 2021 - Sputnik Azərbaycan
Abunə olmaq
Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub.

BAKI, 29 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Co Bayden Rusiyanın hərəkətləri barədə fikirlərini "açıq deməkdən çəkinməyib". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Prezident Baydenin bu danışıq zamanı ötürmək istədiyi aydın hədəfləri var idi. O, prezident Putin və ya Rusiya hökumətinin fəaliyyətinə dair narahatlıqlarını həmişə dilə gətirib. Təbii ki, o, bunu danışıq zamanı aydın şəkildə çatdırıb", - deyə Psaki qeyd edib.

Qeyd edək ki, yanvarın 26-sı Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə telefonla danışıb. Co Baydenin mətbuat katibi Cen Psakinin sözlərinə görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib.

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb.

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlaqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

Xəbər lenti
0