QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan üçün son tarix - Yerevanda böyük mitinq olacaq

© Sputnik / Maksim Blinov / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda 17 müxalifət partiyası noyabrın 10-dan başlayaraq Baş nazir Nikol Paşinyanın Qarabağ üzrə üçtərəfli bəyanata imza atmasına cavab olaraq Yerevanda mitinqlər keçirirlər.

BAKI, 2 dekabr — Sputnik. Ermənistan müxalifəti dekabrın 5-də paytaxt Yerevanda ümummilli mitinq keçirməyi planlaşdırır. Sputnik Ermənistan xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" partiyasından olan deputat İveta Tonoyan bildirib.

Məlumata görə, müxalifətin mitinqi dekabrın 5-i Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Ermənistanda 17 müxalifət partiyası noyabrın 10-dan başlayaraq Baş naziri Nikol Paşinyanın Qarabağ üzrə üçtərəfli bəyanata imza atmasına cavab olaraq Yerevanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilas komitəsinin yaradılmasını və bəyanatda bəzi müddəaların dəyişməsini istəyirlər.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0