20:35 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1120)
23 0 0

Həmvətənlərimiz Ermənistan SQ-nin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə Bərdə şəhərində törətdiyi terror aktının nəinki beynəlxalq hüquqa zidd addım, eyni zamanda insanalığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıblar

BAKI, 1 noyabr - Sputnik. Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Birliyinin təşəbbüsü ilə Sidney şəhərində yaşayan azərbaycanlı icması erməni terroruna etiraz olaraq avtomobil yürüşü keçirib.

Sputnik Azərbaycan-a Diaspor Komitəsindən daxil olan məlumatda bildirilir ki, 100-ə yaxın avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Oubern qəsəbəsinin Road Station küçəsindən start götürüb, mərkəzi küçələrlə dairəvi hərəkət etdikdən sonra həmin ünvanda başa çatıb.
Üzərində üçrəngli Azərbaycan bayraqları və “Qarabağ Azərbaycandır” şüarı asılan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin dinc əhalisinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulmasına çəkiblər.

Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə Bərdə şəhərində törətdiyi terror aktının nəinki beynəlxalq hüquqa zidd addım, eyni zamanda insanalığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıblar.

Güclü yağışa və erməni əsilli şəxslərin yürüş iştirakçılarına mane olmaq cəhdlərinə baxmayaraq, yürüş insidentsiz başa çatıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1120)

Əlaqədar

Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş keçirilib
Kanadalı senator Azərbaycan xalqından üzr istəməlidir
"Manga" qrupunun solisti azərbaycanlı müğənni ilə duet oxudu
Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Teqlər:
Karabakh is Azerbaijan, Qarabağ Azərbaycandır, Azərbaycan bayrağı, yürüş, etiraz aksiyası, azərbaycanlılar, Avstraliya, Sidney

Əsas mövzular