02:29 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
80 0 0

“Siz oğlanı məhv etdiniz və bu məsələdə nöqtəni qoydunuz. Bununla da hər şey bitdi. Bundan sonra baş verənlər - aksiyalar, bəyanatlar, çağırışlar - yaxşılığa aparmır".

BAKI, 31 oktyabr - Sputnik. Çeçenistanın rəhbəri Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makronun İslamı təhqir etməsindən sonra Rusiya müsəlmanlarına və Fransa hökumətinə müraciət edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Telegram kanalında yazıb.

Kadırov müsəlman cəmiyyətini Fransanın Rusiyadakı səfirliklərinin önündə mitinq keçirməməyə və düşünülməmiş hərəkətlərə yol verməməyə çağırıb. "Bu, çox şeyi dəyişməyəcək, amma təxribat ehtimalı var", - o bildirib.

Fransa rəhbərliyinə də məsləhət verən Kadırovun fikrincə, Paris hakimiyyəti dünyadakı bütün müsəlmanlardan üzr istəməlidir. “Siz oğlanı məhv etdiniz və bu məsələdə nöqtəni qoydunuz. Bununla da hər şey bitdi. Bundan sonra baş verənlər - aksiyalar, bəyanatlar, çağırışlar - yaxşılığa aparmır. Dayanın və üzr istəyin, əks halda hər şey daha da pis olacaq", - Çeçenistan rəhbəri əlavə edib.

Kadırov islamda Məhəmməd peyğəmbərin şəklinin canlandırmasına, ələ salınmasına icazə verilmədiyini xatırladıb.

Əlaqədar

Fransalı aktyor Jerar Depardye müsəlmanlardan üzr istədi
Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"
BMT Ərdoğanın təhqiramiz karikaturalarının yayılmasını pislədi
Həbib Nurməhəmmədov Makronu sərt tənqid etdi
İki sivilizasiyanın qarşıdurması: Fransa ağır problemlərin ağuşuna sürüklənir

Əsas mövzular