03:31 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
35201

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı digər ölkələrin rəhbərləri ilə telefon danışıqları seriyasını davam etdirir.

BAKI, 30 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Həsən Ruhani telefonla danışıq apararaq, işğal bölgəsində hərbi qarşıdurmanın şiddətlənməsini müzakirə ediblər.

Sputnik Ermənistan xəbər verib ki, İran prezidenti Qarabağ münaqişəsi zonasında gərginlikdən və hərbi əməliyyatlardan narahatlığını bildirib.

Bundan əvvəl Paşinyan Rusiya, Fransa və Almaniya liderləri ilə telefon danışıqları aparıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Əlaqədar

Paşinyan yenə Putinə zəng vurdu
Paşinyan oğlunu vuruşmağa göndərmir: "Ehtiyac yoxdur"
Paşinyan: Ermənistan Rusiyanın iştirakı ilə Azərbaycanla danışıqlara hazır deyil!

Əsas mövzular