14:12 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Neft qiymətləri ətrafındakı ajiotaj (49)
2310

Daha əvvəl Mixail Mişustin Aleksandr Lukaşenko ilə danışıqlar zamanı bəyan edib ki, respublikanın Baş naziri Roman Qolovçenko COVID-19-a qarşı Rusiya istehsalı olan vaksini sınaqdan keçirməyə qərar verib

BAKI, 3 sentyabr — Sputnik. Rusiya və Belarus Minskdə baş tutan danışıqlar zamanı enerji daşıyıcıları üçün ödənişə dair razılığa gəliblər. Sputnik Azərbaycan "BELTA"-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

Rusiya hökumətin başçısı əldə olunan razılaşmaların detallarını açıqlamayıb, lakin bəyan edib ki, Moskva Minsklə əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı bəyan edib ki, respublikanın Baş naziri Roman Qolovçenko COVID-19-a qarşı Rusiya istehsalı olan vaksini sınaqdan keçirməyə qərar verib.

O qeyd edib ki, Belarus Rusiyanın COVID-19-a qarşı vaksinini tədarük edəcəyi ilk ölkə olacaq: "Mən çox şadam ki, Roman Aleksandroviç Qolovçenko bu gün vaksin vurdurmaq qərarı verib. Əminəm ki, hər şey yaxşı olacaq".

Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (49)

Əlaqədar

Lukaşenkodan gözlənilməz ismarıc: "Dizlərimiz üstündə durmayacağıq"
Belarusun neftlə bağlı seçimi kim olacaq?
Lukaşenko: "Biz Rusiyadan pul istəmirik"
Koronavirus OPEC-i lap əldən salıb: Rusiya və kartel arasında fikir ayrılığı yarandı
Seçim yoxdur: ABŞ Rusiya neftindən asılılığı etiraf edir

Əsas mövzular