Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Zelenski bu gün görüşürlər – Məkan açıqlandı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Normand dördlüyü"nün görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bundan sonra görüş iştirakçıları mətbuat konfransına qatılacaqlar

BAKI, 9 dekabr — Sputnik. Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski "Normand" sammitindən sonra Yelisey sarayında görüşəcəklər. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Президент Украины Владимир Зеленский, фото из архива - Sputnik Azərbaycan
Zelenski Putinlə danışıqlarının stenoqramını yaymaqdan imtina etdi

"Normand dördlüyü"nün görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bundan sonra görüş iştirakçıları mətbuat konfransına qatılacaqlar. Danışıqların təxminən 2 saat 45 dəqiqə davam edəcəyi gözlənilir.

Görüşdən əvvəl bir sıra iki tərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Belə ki, Putin Almaniya Kansleri Angela Merkel, daha sonra Fransa lideri Emmanuel Makronla görüş keçirəcək.

"Normand dördlüyü" formatı Donbasda vəziyyətin nizamlanması üzrə Almaniya, Rusiya, Fransa və Ukraynadan olan nümayəndələrin iştirak etdiyi diplomatik qrupdur. Format 2014-cü ilin iyununda meydana gəlib.

Xəbər lenti
0