Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Baş katibindən Rusiya barədə maraqlı sözlər

© REUTERS / Francois LenoirNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq  - Sputnik Azərbaycan
Abunə olmaq
Yens Stoltenberqin fikrincə, Rusiya Federasiyası Şimali Atlantika alyansına nə düşməndir, nə də rəqib.

BAKI, 9 dekabr - Sputnik. Şimali Atlantika Alyansı Moskvanı özünə düşmən və ya rəqib hesab etmir.

APA xəbər verir ki, belə bir açıqlama ilə NATO-nun Baş katibi Yens Stoltenberq bazar günü “CNN”-ə verdiyi müsahibəsində deyib.

Rusiyanın indi NATO-ya düşmən olub-olmaması ilə bağlı verilən suala Stoltenberq belə cavab verib: “Biz rəqiblərin siyahısını hazırlamırıq. Rusiyanın düşmənimiz olduğuna da inanmırıq. Dünyanı rəqiblərə və dostlara ayırmırıq”.

Baş katibin sözlərinə görə, NATO hər zaman Rusiya ilə münasibətləri düzəltməyə çalışır: “Rusiya – bir vaxtlar Soyuq Müharibə illərində gördüyümüz Sovet İttifaqının eynisi deyil”.

Eyni zamanda, baş katib “Rusiyanın daha özünə əmin şəkildə hərəkət etdiyini, qonşu dövlət olan Ukraynaya qarşı hərbi güc tətbiq etdiyini” də xatırladıb.

Xəbər lenti
0