01:03 21 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
27 0 0

Nazirlər iyunun 20-də Vaşinqtonda görüşəcəklər

BAKI, 18 iyun — Sputnik. Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtona işgüzar səfərə gedəcək. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Erməni diplomat ABŞ-a azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşmək üçün gedir. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə baş tutacaq.

Vaşinqtonda Ermənistan XİN rəhbəri ABŞ-ın bir sıra yüksək vəzifəli məmurları ilə də görüşəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşün tarixi və yeri məlum olub.

Nazirlər iyunun 20-də ABŞ paytaxtı Vaşinqtonda görüşəcəklər.

Əlaqədar

Məmmədyarov və Mnatsakanyan yeni görüşünün vaxtı və yeri açıqlandı

Əsas mövzular