18:20 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
11633 0 0

Ermənistanın baş naziri: "Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir"

BAKI, 10 sentyabr — Sputnik. Rusiya silahlarının Ermənistana planlı şəkildə tədarükünün davam etdirilməsi barədə razılıq əldə olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın "Kommersant" nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, yeni silahlar kreditlə götürüləcək: "Bəli, silahlar kreditlə alınacaq. Digər imkanları da müzakirə edəcəyik. Çünki, bu, çox əhəmiyyətli əməkdaşlıqdır və mən hesab edirəm ki, bu sahədə hər hansı bir problem yaranmayacaq".

Paşinyan jurnalistin, "Səfərin həyata keçirildiyi vaxt elə də əlverişli deyildi. Siz özünüz də bunu qeyd etmişdiniz. Ermənistanda Rusiya prezidenti Vladimir Putinin kifayət qədər yaxın dostu hesab edilən sabiq prezident Robert Koçaryana, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açıldığı zaman Moskva aydın şəkildə ifadə etdi ki, bu, onun xoşuna gəlmir. Siz bu mövzuları Putinlə müzakirə etdinizmi? Məsələ həll olunubmu? Bu, həll oluna bilərmi? Nəzərə alsaq ki, Vladimir Putin Robert Koçaryanı avqustun 31-də ad günü münasibətilə telefonla təbrik etdi" sualını da cavablandırıb.

"Vladimir Putin insani əlaqələri, insani münasibətləri yüksək qiymətləndirən şəxsdir. Bunu şərh etmək və bundan böyük siyasi nəticələr çıxarmaq lazım deyil. Əlbəttə ki, biz bir çox məsələləri müzakirə etdik. Demək istəyirəm ki, Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, Cinayət Məcəlləsinin pozulması faktına görə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və əgər Cinayət Məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da" — baş nazir vurğulayıb.

"Baş verənləri gələcək seçki öncəsi siyasi təmizləmə kimi də şərh edirlər…" sualına cavab olaraq Paşinyan qeyd edib ki, adı çəkilən şəxslərdən heç kimi təmizləmək lazım deyil: "Onlar Ermənistanda siyasi faktor deyillər, onların tərəfdarları yoxdur. Ən azından o qədər tərəfdarları".

Ermənistanın hökumət başçısı, həmçinin həmin nüfuzlu şəxslərin həbsinin onun hakimiyyətinə zərbə vura biləcəyi narahatlığının olub-olmaması barədə sualı da cavablandırıb: "Təbii ki, xeyr. Çünki bu, mənim hakimiyyətim deyil, xalqın hakimiyyətidir. Xalqın hakimiyyətinə heç kim zərbə vura bilməz. Sizi əmin edirəm, bu insanların nüfuzlu olması sadəcə siyasi mirajdır. Ermənistanda baş verən hadisələrdən sonra onlar nüfuzlarını itirdilər. Əgər onlar nüfuzlu olsaydılar, siyasi proseslərə təsir edə bilərdilər. Onlar siyasi proseslərə müdaxilə edə bilmirlərsə, o zaman bu nəticəyə gəlmək olar ki, nüfuzlu adamlar deyillər. Mən düşünürəm ki, yaxın gələcəkdə siz bunun şahidi olacaqsınız".

Əlaqədar

Putin-Paşinyan görüşünün ilk nəticələri bəlli oldu
Rusiya prezidentinin köməkçisi Putin-Paşinyan danışıqlarına aydınlıq gətirdi
Paşinyandan “şah və mat”: Koçaryan Ermənistanda dustaq edildi
Paşinyan maliyyə problemi ilə üzləşib, zabitlərin maaşları azaldı
Köçəryan Paşinyanı devirmək üçün istifadə edəcəyi strukturun adını çəkdi
Paşinyandan Putinə kritik zəng
Teqlər:
Nikol Paşinyan, Robert Koçaryan, Cinayət Məcəlləsi, Vladimir Putin, Ermənistan, Rusiya, baş nazir, silah

Əsas mövzular