14:21 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
323 0 0

Əhalinin yaşadığı yerlərə endirilən top zərbələri nəticəsində bir mülki vətəndaş həlak olub, iki nəfər yaralanıb

BAKI, 6 sentyabr — Sputnik. Suriya prezidenti Bəşər Əsədə bağlı ordu birləşmələri bu gün səhər saatlarından başlayaraq İdlibin bir sıra kəndlərini artilleriya atəşinə tutub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əhalinin yaşadığı yerlərə endirilən top zərbələri nəticəsində bir mülki vətəndaş həlak olub, iki nəfər yaralanıb.

Bu arada, Rusiyaya məxsus 3 qırıcı da Həma şəhərinin şimalına hava hücumu təşkil edib. Hücumların fotoları sosial şəbəkələrdə paylaşılıb.

Hadisə ilə bağlı Fransa ordusundan açıqlama verilib. Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, İdlibdə kimyəvi silahdan istifadə edilərsə, Suriyadakı hədəfləri vurmağa hazırdırlar.

İki gün əvvəl də İdlibin qərbi və cənub-qərbinə rus döyüş təyyarələrinin təşkil etdiyi hücumlarda 10 nəfər həyatını itirmiş, 20 nəfər yaralanmışdı.

Regionda qətliamın yaşanması ilə bağlı narahatlıqlar var. İdlib məsələsi sabah Tehranda keçiriləcək üçtərəfli sammitdə müzakirə ediləcək. Bölgədə silahlı müxaliflərlə yanaşı 4 milyona yaxın mülki əhali var.

Əlaqədar

Trampdan İdlib xəbərdarlığı: "Yüz minlərlə insan ölə bilər"
Suriya Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb edib
Teqlər:
Bəşər Əsəd, İdlib, Suriya, hücum, ordu

Əsas mövzular