02:12 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Автомобиль полиции перед зданием посольства РФ в Лондоне, 14 марта 2018 года

Britaniyadan Rusiyaya qarşı radikal addım

© REUTERS / Phil Noble
DÜNYA
Qısa URL
25810

Bu gün Böyük Britaniya parlamentində Rusiyaya qarşı atılacaq addımlar müzakirə olunub və radikal fikirlər səsləndirilib

BAKI, 14 mart — Sputnik. Bu gün Böyük Britaniya parlamentində Rusiyaya qarşı atılacaq addımlar müzakirə olunub. Baş nazir Tereza Mey parlamentdə çıxışı zamanı martın 4-də ölkə ərazisində, Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb.

Mey Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul etdiklərini bildirib. O, bu diplomatların Rusiya kəşfiyyatının əməkdaşları olduğunu və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verildiyini qeyd edib. Baş nazir Rusiya kəşfiyyatının uzun illərdir Birləşmiş Krallıqda bu addımları atdığını bildirib.

Mey deyib: "Rusiya bu əmələ görə cavab verməlidir. Biz onlara izahat üçün vaxt verdik. Onlar bu kimyəvi məhlulun Böyük Britaniya ərazisinə necə gəlib çıxdığını izah edə bilərdilər. Amma əvəzində ittihamları inkar etməklə kifayətləndilər". 

Rusiyanın Londondakı səfirliyinin binası
© REUTERS / Phil Noble

Britaniya hökumətinin başçısı Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını bildirib. O, Britaniyanın yüksək vəzifəli məmurlarınını və kral ailəsinin Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməyəcəklərini bəyan edib.

Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini söyləyib. O, hadisə barədə BMT və NATO-da məsələ qaldıracaqlarını də əlavə edib.

Meyin fikirlərini Britaniya parlamentariləri də dəstəkləyib. Onlar qeyd ediblər ki, Rusiyanın Britaniyada "kimyəvi silahdan istifadəsi"ni və digər hərəkətlərini dayandırmaq lazımdır. Parlamentarilər NATO-nun Rusiyaya qarşı konkret addımlar atmasınını vaxtının çatdığını qeyd ediblər. Onların sözlərinə görə, Rusiyanın addımları BMT-nin müzakirəsinə çıxarılmalıdır.

"Başqa dövlətin ərazisində kimyəvi maddələrdən istifadə təkcə Britaniyaya qarşı deyil, eləcə də beynəlxalq hüquq və normativlərə ziddir" — deyə parlamentarilər bildiriblər.

Onlar rəsmi Moskvaya qarşı tədbirlərin sərtləşdirilməsini təklif ediblər. 

Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov
© Sputnik / Sergey Guneyev

Xatırladaq ki, bu il martın 4-də 2010-cu ildə Birləşmiş Krallıqdan sığınacaq almış Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberidə huşsuz vəziyyətdə tapılıblar. Hazırda onların hər ikisi xəstəxanada kritik vəziyyətdədirlər. Britaniya tərəfinin məlumatına görə, onlar əsəb-iflic qazı vasitəsilə zəhərləniblər. Britaniyanın baş naziri Tereza Mey Rusiya tərəfinə ultimatum verərək 24 saat ərzində bu insidentlə bağlı izahat tələb edib. Bu ultimatumun müddəti martın 14-də Moskva vaxtı ilə saat 03:00-də (Bakı vaxtı ilə 04:00-da) başa çatıb.

Rusiya Xarici İşlər Nazirliyi isə Britaniya baş naziri Tereza Meyin bəyanatını "sirk şousu" kimi dəyərləndirib. Rusiya XİN sözçüsü Mariya Zaxarova Meyin Londonda sabiq rus kəşfiyyatçısının zəhərlənməsində Rusiyanın əli olması ilə bağlı bəyanatına münasibət bildirərkən deyib:

"Bu, Britaniya parlamentinin "sirk şousu"dur. Nəticə aydındır: təxribata əsaslanan növbəti informasiya-siyasi kampaniya. Yeni nağıllar uydurmaqdansa, qoy, Krallıqda kimsə bundan əvvəlki işlərin (FTX-nın keçmiş zabiti Aleksandr Litvinenko, oliqarx Boris Berezovski) aqibətinin necə olduğu barədə danışsın".

Əsas mövzular