12:03 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
4701

BAKI, 19 dek-Sputnik. ABŞ Rusiyanın Su-24 təyyarəsi ilə bağlı baş vermiş insident barədə radarlardan müəyyən məlumatlar əldə etsələr də, hadisənin detalları onlara tam məlum deyil.

Sputnik-in xəbərinə görə, ABŞ-ın dövlət katibi Con Kerri "Vesti v subbotu" proqramına müsahibəsində belə deyib.

"Türkiyə və Rusiya təyyarələri ilə nə baş verib, biz detalları barədə məlumatımız yoxdur. İnsident barədə radarlarımızdan müəyyən məlumatlar əldə etmişik, nə baş verdiyini bilirik. Lakin indi detalların üzə çıxarılması, informasiya mübadiləsi prosesi gedir və mən lazımı məlumatlar olmadan hadisəyə qiymət vermək istəməzdim", — deyə o bildirib.

Kerri onu da deyib ki, insidentin səbəbləri hələlik tam aydınlaşmayıb, yekun nəticələri gözləmək lazımdır.

Əsas mövzular