01:14 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
41931

Türk politoloq: Moskvada görüşündən hər hansı müsbət nəticə gözləmirəm.

BAKI, 15 dek — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada Amerikalı həmkarı Con Kerri ilə görüşü davam edir. Sputnik xəbər verir ki, danışıqlar bağlı qapılar arxasında davam etdirilir.

Tərəflərin Suriya böhranı, İŞİD terroruna qarşı mübarizə, Rus-Türk münasibətlərindəki gərginlik və Ukrayna məsələsini müzakirə etdiyi bildirilir.
Görüşdən sonra Con Kerrinin prezident Vladimir Putin tərəfindən qəbul olunacağı gözlənilir.

Mövzunu Sputnik üçün şərh edən Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri Yusuf Çınar, ABŞ və Rusiyanın, Yaxın şərqlə bağlı ayrı-ayrı planları olduğunu deyib:

"Amerika Suriya və İraq ərazilərində sünni dövlətlər qurulması üçün çalışır. ABŞ bununla şiə blokuna (Rusiya-Bəşər Əsəd-İran) qarşı bölgədə tarazlıq yaratmaq istəyir. Rusiya əlbəttə buna qarşı çıxır və çıxacaq. Çünki bu baş versə Rusiyanın bölgədəki təsir imkanları azalacaq. Ona görə, mən inanmıram ki, Moskvadakı görüşdən hər hansı müsbət nəticə alınsın. Kerri və Lavrov sadəcə İŞİD-ə qarşı birlik mesajları verə bilərlər."

Teqlər:
terror, İŞİD, Vladimir Putin, Moskva, Bəşər Əsəd, Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri Yusuf Çınar, Yaxın Şərq, Sergey Lavrov, Con Kerri, ABŞ, Rusiya

Əsas mövzular