17:12 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
11 0 0

Suriyadakı hava hücumlarında yarana bilǝcǝk qəza və səhv anlaşılmaların qarşısını almaq mǝqsǝdilǝ tədbirlər görülmǝsinin vacibliyi müzakirǝ edilib.

BAKI, 9 okt — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə telefonda danışıb. Yarım saatdan çox davam edən danışıqlarda Suriya və Ukrayna mǝsǝlǝsi müzakirǝ edilib.

Bu barədə mətbuata ABŞ Dövlǝt Departamentinin spikeri Con Kirbi açıqlama verib.

Kirbi, görüşdə Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumlarının İŞİD-i hədəf almadığı ilə bağlı ABŞ rəhbərliyinin narahatlığını dilə gətirdiyini bildirib.

Lavrov və Kerri, hava hücumlarında yarana bilǝcǝk qəza və səhv anlaşılmaların qarşısını almaq mǝqsǝdilǝ tədbirlər görülmǝsinin vacibliyini dǝ müzakirǝ ediblər.

Teqlər:
Lavrov və Kerri, ABŞ rəhbərliyi, Rusiya xarici işlər naziri, ABŞ xarici işlər naziri, İŞİD terror təşkilatı, İŞİD terror qruplaşması, İŞİD, ABŞ Dövlǝt Departamenti, Con Kirbi, Con Kerri, Sergey Lavrov

Əsas mövzular