16:36 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Artıq beşinci ildir Azərbaycanı ikinci evi kimi seçmiş İtaliyalı plastik cərrah Alessandro Marano Vətən müharibəsində yaralanmış Azərbaycan əsgərlərini pulsuz rekonstruktiv əməliyyat etməyi öz borcu hesab edir. Daha ətraflı videomuzda izləyin.

İtaliyalı plastik cərrah Alessandro Marano artıq iki həftəyə yaxındır ki, Vətən müharibəsində yaralanmış Azərbaycan əsgərlərinə pulsuz yardım etməyə başlayıb. Həkim onu böyük qonaqpərvərliklə qəbul etmiş ölkənin dar günündə ona yardım etməyi öz borcu hesab edir.

Marano İtaliya, Fransa və ABŞ-da təhsil alıb. 11 il İtaliyanın ən böyük travmatologiya mərkəzlərindən birində çalışıb. 11 illik travmatologiya və 20 illik rekonstruktiv cərrahiyyə təcrübəsi ilə o, əllərini çırmalayıb işə keçməyə hazırdır.

“Bu mənim həkimlik borcumdur. Öz həyatlarını vətəni üçün qurban vermiş bu gənclərin bu cür dəhşətli zədələrlə yaşamalı olması çox üzücü haldır. Əlimdən gələn hər şeyi edəcəyəm ki, onların həyat keyfiyyətini artırım”, - deyə cərrah Sputnik Azərbaycan-la bölüşüb.

Bu aksiya bir neçə ay davam edəcək. Buna görə də həkim Marano rekonstruktiv əməliyyata ehtiyacı olan bütün qaziləri tərəddüd etmədən müraciət etməyə çağırır.

Digər videolar

Əsas mövzular