QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

27 ilin həsrəti: Vəli Qocayev Zəngilana Qaz 53-də geri dönəcəyi günü gözləyir – video

Abunə olmaq
86 yaşlı Vəli Qocayev özünə söz verib ki, 27 il öncə Qaz 53 maşınında tərk etdiyi vətəni Zəngilanın Xəştab kəndinə, işğaldan azad ediləndən sonra yenidən bütün ailəsi ilə həmin maşında qayıdacaq. Onun əhvalatını öz sözlərilə videomuzda izləyin.

Düz 27 il bundan öncə, 1993-cü ilin oktyabrın 27-də Vəli Qocayev ailəsini və kənd sakinlərini Qaz 53 maşınında Araz çayından keçirdərək Bakıya çatdırıb və o gündən bəri, öz doğma Zəngilan rayonunun Xəştab kəndini yalnız öz xəyallarında təsəvvür edib.

27 ilə bərabər gün: Qubadlılı Məmmədovlar ailəsi evə gedəcəyi günü gözləyir – video  - Sputnik Azərbaycan
VİDEO
27 ilə bərabər gün: Qubadlılı Məmmədovlar ailəsi evə gedəcəyi günü gözləyir – VİDEO

Vəli Qocayev o günləri hələ də unutmadığını deyib.

“Geridə bircə insanın qalmasına razı deyildim. Kimi görürdüm, maşını saxlayırdım və maşına yığırdım”, - deyə Vəli baba xatırlayıb.

Həmin gündən o, yenidən vətəninə geri dönəcəyi günü gözləyib. Buna görə də ən yaxın həmdəmi hesab etdiyi həmin maşına göz bəbəyi kimi baxıb, çünki onun ən böyük arzusu bütün ailəsi ilə birgə yenidən o maşında doğma kəndinə qayıtmaqdır. Zəngilanın azad edilməsi xəbərini eşidəndə isə, onun sevincinin həddi-hüdudu olmayıb.

Xəştab kəndinə çatan kimi isə onun ilk görəcəyi iş yenidən bağını becərib, yeni ağaclar əkmək olacaq, çünki Vəli Qocayev bütün ömrü boyu zəhmət çəkərək, torpaqda işləyərək yaşayıb.

Xəbər lenti
0