22:18 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İbrahim Həşimov / Kamilla Əliyeva

Ermənistan SQ növbəti dəfə atəşkəsi pozaraq yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir. Tərtər şəhərinin dünən axşam “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutulmasından sonra necə göründüyünü videomuzda izləyin.

Dağlıq Qarabağda artıq sayca üçüncü humanitar atəşkəs oktyabrın 26-da saat 08:00-da başlamalı idi. Amma Ermənistan SQ yenidən atəşkəsə məhəl qoymur.

Xüsusilə də Tərtər rayonu ağır artilleriyadan və toplardan atəşə tutulur. Ötən gün axşam saatlarında rayonun yaşayış məntəqələri raketlərdən də atəşə tutulub. Ən çox atəşə məruz qalan yaşayış məntəqələri Qapanlı, Qazyan, Hüsənli, Düyərli, Səhləbad kəndləri və rayon mərkəzidir.

Şəhər mərkəzinə düşmüş raket xeyli zərər yetirib, evi darmadağın edib, yaşamağa yararsız hala salıb. Ötən gün saat 18 radələrində Düyərli kənd sakini İsgəndər Həsənovun həyətinə atılan raket xoşbəxtlikdən partlamayıb. Digəri isə Nazim Quliyevin həyətinin aşağı hissəsinə düşərək partlayıb.

Kənd sakinləri yekdilliklə bildiriblər ki, Ermənistan SQ heç bir halda atəşkəsə məhəl qoymayıb, rayonu, dinc sakinləri atəşə tutmağa davam edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
Teqlər:
atəş, Tərtər, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Digər videolar

Əsas mövzular