01:25 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Ağcabədinin Qiyaməddinli kəndi hələ 90-cı illərin əvvəllərindən mərmi atəşinə məruz qalmağın nə olduğunu yaxşı bilir. İndi isə kənddə ikinci dəfə Ermənistan SQ-nin hədəfinə tuş gəlmiş evlərin necə göründüyünü videomuzda izləyin.

Ermənistan ordusunun ən çox atəşə məruz qoyduğu yaşayış məntəqələrindən biri Ağcabədinin Qiyaməddinli kəndidir. İndiyədək Qiyaməddinlidə 12 ev dağılaraq yararsız hala düşüb, 21 evə isə ziyan dəyib. Xeyli iribuynuzlu və xırdabuynuzlu heyvan tələf olub. Humanitar atəşkəs elan olunduqdan sonra da Ermənistan ordusunun təxribatları davam edib və bu kənddə bir neçə evə ziyan dəyib. Hətta atılan mərmilərdən yanan və dağılan evlər də var. 

Qiyaməddinli sakinləri isə 90-cı illərin əvvəllərində də kəndin mərmi atəşlərinə məruz qaldığını və bu dəfə də mərmi səslərinin onları qorxutmadığını bəyan ediblər.

Digər videolar

Əsas mövzular