08:20 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Камилла Алиева

Bu gün Azərbaycan Ordusu ölkənin bayrağını Suqovuşana (Madagizə) sancdı. Ardınca isə daha səkkiz kəndimizi erməni işğalından azad etdi. Bakı sakinləri sevinclərini və orduya dəstəklərini ifadə etmək üçün fleşmob düzənlədilər. Olanları videomuzda izləyin.

Prezident İlham Əliyev oktyabrın 3-də ümumilikdə səkkiz kəndimizin azad olunmasının müjdəsini verdi.

Как выглядят военные трофеи, захваченные ВС Азербайджана
© Sputnik / Kamilla Əliyeva / İbrahim Həşimov

Sputnik Azərbaycan bildirir ki, öncə dövlətimizin başçısı Tərtərin Suqovuşan (Madagiz) kəndində bayrağımızın sancıldığı xəbərini verdi. Ardınca isə Azərbaycan Ordusunun Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etdiyini bildirdi.

Həmçinin Prezident Madagizə özünü tarixi adı - Suqovuşanı qaytardı.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Ağdam rayonunda ailələr evsiz qalıblar – bombalanmış evlərdən
© Sputnik / Kamilla Əliyeva / Leyla Orujova / İbrahim Həşimov

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

İşğaldan azad edilmiş ərazilərimizdən yeni VİDEO >>

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-də isə Azərbaycan ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib.

 

Digər videolar

Əsas mövzular