15:03 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
© Sputnik /

Qışın ilk günü Moskvada “Lujniki” idman kompleksində qarışıq döyüş növləri üzrə üçüncü beynəlxalq turnir baş tutub. Turnirdə Azərbaycandan iki döyüşçü iştirak edib. İdmançılarımızın çıxışlarından ən parlaq məqamları videomuzda izləyin.

“FMR Fighting Championship” - Pamir Fighters və Akbar-ın dəstəyi ilə Rusiyanın Miqrantlar Federasiyası tərəfindən təşkil edilib. Döyüşlərdə Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Rusiya, Gürcüstan, İran və Əfqanıstanın ən güclü idmançıları iştirak ediblər.

70 kiloqram çəki dərəcəsində çıxış edən Fuad Hüseynov qırğızıstanlı rəqibi Ruslan Bayadilovla qarşılaşmada iki raunddan sonra hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. İkinci idmançımız, 66 kq çəki dərəcəsində çıxış edən Ruslan Əliyevin nəticəsi isə o qədər də uğurlu olmayıb. Bu dəfə hakimlərin yekdil qərarı ilə onun tacikistanlı rəqibi Amrali Saidoşorov qalib gəlib.

Digər videolar

Əsas mövzular