Müzakirədə X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev və Kinorejissor, Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin qalibi Pərviz Həsənov qoşulub.
Fehruz Şamıyevin sözlərinə görə, hal-hazırda kommersiya sahəsində daha çox gənc komandalar təmsil olunub. Qocaman, artıq hər kəsin yolda tanıdığı və barmaqla göstərdiyi rejissorlar isə daha çox dövlət dəstəyinə arxalanır və müstəqil kino çəkməyə çalışmırlar. Halbuki onların bu addımı sənayeni olduqca canlandıra bilərdi.
Pərviz Həsənov isə müstəqil kino çəkməyə can atan gənc rejissorların qarşılaşdığı problemlərdən danışıb. Onun fikrincə, ölkədə kino sənayesində bəzi mexanizmlər hələ tam olaraq qurulmayıb.