17:50 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Yollarda insan ölümü günümüzün ən aktual problemlərindən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya görə, il ərzində 1 milyon 250 min insan yollarda dünyasını dəyişir.

Yəni yollarda hər 30 saniyədə bir insan həlak olur. Təəssüflər olsun ki, Azərbaycan da bu statistikanın bir hissəsidir. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı məhz bu mövzuya, xüsusilə də Azərbaycanda gözlənilən yol islahatlarına həsr edilib.

Nəqliyyat məsələləri üzrə mütəxəssis, "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov “Yol Hərəkətinin Təhlükəsizliyinə Dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”-nın hədəflərini açıqlayıb. Bunlara yol qəzalarının sayının 30 faiz, yol qəzalarında ölən və xəsarət alan insanların sayının 30 faiz və yol qəzalarında dünyasını dəyişən uşaqların sayının 50 faiz azaldılması daxildir. Mütəxəssisin proqnozları olduqca müsbətdir və onun fikrincə, dövlət proqramı qarşısına qoyulan məqsədlərə nail olacaq.

Digər videolar

Əsas mövzular