https://sputnik.az/20210916/Azrbaycan-Rusiyann-Saratov-vilayti-il-iqtisadi-mkdal-gclndirck-427938036.html
Azərbaycan Rusiyanın Saratov vilayəti ilə iqtisadi əməkdaşlığı gücləndirəcək
Azərbaycan Rusiyanın Saratov vilayəti ilə iqtisadi əməkdaşlığı gücləndirəcək
Sputnik Azərbaycan
S.Mironovun sözlərinə görə, Saratovun səhiyyə sahəsindəki inkişaf istiqamətləri azərbaycanlı mütəxəssislərin xüsusi marağına səbəb olub. 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T17:15+0400
2021-09-16T17:15+0400
2021-09-16T16:17+0400
xəbərlər
rusiya
https://cdnn1.img.sputnik.az/img/41275/09/412750910_0:0:3071:1736_1920x0_80_0_0_3ba7d6d7ff97c8977cd6547e37e684ad.jpg
BAKI, 16 sentyabr — Sputnik. Bu gün Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyində qonşu ölkənin Saratov vilayətindən olan işgüzar nümayəndə heyəti ilə görüş keçirilib.Nümayəndəlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş Saratov vilayətinin İxraca Dəstək Mərkəzinin direktoru Sergey Mironovun iştirakı ilə baş tutub.O, İT texnologiyası, yanğınsöndürmə sistemləri və sənaye qaz avadanlıqlarının tədarükü sahələrində Azərbaycan müəssisələrinin nümayəndələri ilə aparılan danışıqların nəticəsi barədə məlumat verib. S.Mironovun sözlərinə görə, Saratovun səhiyyə sahəsindəki inkişaf istiqamətləri azərbaycanlı mütəxəssislərin xüsusi marağına səbəb olub.Direktor deyib ki, müəssisələrinin məhsullarının sınaq partiyalarının azərbaycanlı tərəfdaşlara tədarükü üçün artıq müqavilələr imzalanıb.Görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov Azərbaycan ilə Rusiya arasında "İnnovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafı üçün 2020 -ci ildə imzalanan Yol Xəritəsi" çərçivəsində Azərbaycan tərəfinin müasir rəqəmsal texnologiyaların birgə tətbiqində maraqlı olduğunu təsdiqləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41275/09/412750910_0:0:3071:1930_1920x0_80_0_0_8b2e328e6cbd0023791e736a68518be3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Azərbaycan Rusiyanın Saratov vilayəti ilə iqtisadi əməkdaşlığı gücləndirəcək
S.Mironovun sözlərinə görə, Saratovun səhiyyə sahəsindəki inkişaf istiqamətləri azərbaycanlı mütəxəssislərin xüsusi marağına səbəb olub.
BAKI, 16 sentyabr — Sputnik. Bu gün Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyində qonşu ölkənin Saratov vilayətindən olan işgüzar nümayəndə heyəti ilə görüş keçirilib.
Nümayəndəlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş Saratov vilayətinin İxraca Dəstək Mərkəzinin direktoru Sergey Mironovun iştirakı ilə baş tutub.
O, İT texnologiyası, yanğınsöndürmə sistemləri və sənaye qaz avadanlıqlarının tədarükü sahələrində Azərbaycan müəssisələrinin nümayəndələri ilə aparılan danışıqların nəticəsi barədə məlumat verib. S.Mironovun sözlərinə görə, Saratovun səhiyyə sahəsindəki inkişaf istiqamətləri azərbaycanlı mütəxəssislərin xüsusi marağına səbəb olub.
Direktor deyib ki, müəssisələrinin məhsullarının sınaq partiyalarının azərbaycanlı tərəfdaşlara tədarükü üçün artıq müqavilələr imzalanıb.
Görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov Azərbaycan ilə Rusiya arasında "İnnovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafı üçün 2020 -ci ildə imzalanan Yol Xəritəsi" çərçivəsində Azərbaycan tərəfinin müasir rəqəmsal texnologiyaların birgə tətbiqində maraqlı olduğunu təsdiqləyib.