Rusiya FHN rəhbəri Ziniçev həlak olub
13:59 08.09.2021 (Yenilənib: 20:29 16.11.2021)
© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidРабочая поездка президента В. Путина в Челябинскую область и Республику Башкортостан
© Sputnik / Aleksey Nikolskiy
/ Abunə olmaq
Ziniçev 18 avqust 1966-cı ildə Leninqradda anadan olub. Sankt Peterburq biznes və hüquq institutunun iqtisad və maliyyə-kredit fakültələrini bitirib.
BAKI, 8 sentyabr — Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Yevgeni Ziniçev xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub. Bu barədə RİA Novost xəbər verir.
"Rusiya FHN kədərlə xəbər verir ki, Yevgeni Ziniçev Arktika zonasının fövqəladə hallar vaxtı müdafiəsinə həsr olunmuş təlimlər zamanı xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub", - deyə FHN-in məlumatında deyilir.
Yevgeni Ziniçev 1966-cı il avqustun 18-də Leninqradda anadan olub. Sankt-Peterburq Biznes və Hüquq İnstitutunun İqtisadiyyat və Maliyyə fakültələrini bitirib. 2013-cü ildə Baş Qərargahın Hərbi Akademiyasında peşəkar hazırlıq keçib.
1984-86-cı illərdə SSRİ Silahlı Qüvvələrinin Şimal Donanmasında müddətli xidmət keçib. 1987-2015-ci illərdə dövlət təhlükəsizlik orqanlarında işləyib.
15 yanvar 2020-ci ildən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məsələləri üzrə naziri vəzifəsini icra edib.

21 yanvar 2020-ci ildə Yevgeny Ziniçev yenidən Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin edilib.
Həmçinin oxuyun: