https://sputnik.az/20210823/Rusiya-v-Trkiy-S-400-l-bal-yeni-mqavil-imzalayacaq-427755412.html
Rusiya və Türkiyə S-400-lə bağlı yeni müqavilə imzalayacaq
Rusiya və Türkiyə S-400-lə bağlı yeni müqavilə imzalayacaq
Sputnik Azərbaycan
Rusiya və Türkiyə arasında 2017-ci ildə bir alay komplekti həcmində S-400 zenit raket komplekslərinin satışı barədə müqavilə imzalanıb və 2019-cu ilin... 23.08.2021, Sputnik Azərbaycan
2021-08-23T12:04+0400
2021-08-23T12:04+0400
2021-11-16T20:29+0400
xəbərlər
rusiya
siyasət
türkiyə
raket
dünya
https://cdnn1.img.sputnik.az/img/42105/69/421056997_0:272:3142:2048_1920x0_80_0_0_b80d2996c704bda22181370808918294.jpg
BAKI, 23 avqust — Sputnik. Yaxın vaxtlarda S-400 Triumf zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyə ilə müqavilə imzalanacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu "Ordu-2021" beynəlxalq hərbi-texniki forumu çərçivəsində keçirilən mətbuat konfransında Rusiyanın "Rosoboronexport" şirkətinin Baş direktoru Aleksandr Mixeev bildirib."Məsləhətləşmələr davam edir, proses yekun mərhələdədir. Yaxın vaxtlarda tərəfdaşlarla müqavilənin rəsmiləşdirilməsinə başlayacağıq", - deyə Mixeev bildirib.O, həmçinin bildirib ki, avqust ayında Türkiyədə keçirilən "IDEF 2021" silah sərgisi zamanı müəyyən uğurlar əldə edilib:Rusiya və Türkiyə arasında 2017-ci ildə bir alay komplekti həcmində S-400 zenit raket komplekslərinin satışı barədə müqavilə imzalanıb və 2019-cu ilin yay-payız aylarında həmin silahlar Türkiyəyə təhvil verilib.Bu sövdələşmə Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhrana səbəb olub. Aprelin sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə S-400-lərin ikinci alayının alınması ilə əlaqədar danışıqlar apardığını bildirib.ABŞ dövlət katibinin müavini Viktoriya Nuland iyul ayında konqresdə keçirilən dinləmələrdə bildirib ki, Türkiyənin Rusiyadan silah alınmasını davam etdirəcəyi təqdirdə, Birləşmiş Ştatlar Ankaraya qarşı mövcud sanksiyaları saxlayacaq və yenilərini də tətbiq edəcək.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42105/69/421056997_0:74:3142:2048_1920x0_80_0_0_06b5e3e19212331c707c435c5f720a05.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, türkiyə, raket, dünya
xəbərlər, türkiyə, raket, dünya
Rusiya və Türkiyə S-400-lə bağlı yeni müqavilə imzalayacaq
12:04 23.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Rusiya və Türkiyə arasında 2017-ci ildə bir alay komplekti həcmində S-400 zenit raket komplekslərinin satışı barədə müqavilə imzalanıb və 2019-cu ilin yay-payız aylarında həmin silahlar Türkiyəyə təhvil verilib.
BAKI, 23 avqust — Sputnik. Yaxın vaxtlarda S-400 Triumf zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyə ilə müqavilə imzalanacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu "Ordu-2021" beynəlxalq hərbi-texniki forumu çərçivəsində keçirilən mətbuat konfransında Rusiyanın "Rosoboronexport" şirkətinin Baş direktoru Aleksandr Mixeev bildirib.
"Məsləhətləşmələr davam edir, proses yekun mərhələdədir. Yaxın vaxtlarda tərəfdaşlarla müqavilənin rəsmiləşdirilməsinə başlayacağıq", - deyə Mixeev bildirib.
O, həmçinin bildirib ki, avqust ayında Türkiyədə keçirilən "IDEF 2021" silah sərgisi zamanı müəyyən uğurlar əldə edilib:
"Sərgi uğurla keçdi, nümayəndə heyətimiz yaxşı sorğu proqramı gətirdi".
Rusiya və Türkiyə arasında 2017-ci ildə bir alay komplekti həcmində S-400 zenit raket komplekslərinin satışı barədə müqavilə imzalanıb və 2019-cu ilin yay-payız aylarında həmin silahlar Türkiyəyə təhvil verilib.
Bu sövdələşmə Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhrana səbəb olub. Aprelin sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə S-400-lərin ikinci alayının alınması ilə əlaqədar danışıqlar apardığını bildirib.
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland iyul ayında konqresdə keçirilən dinləmələrdə bildirib ki, Türkiyənin Rusiyadan silah alınmasını davam etdirəcəyi təqdirdə, Birləşmiş Ştatlar Ankaraya qarşı mövcud sanksiyaları saxlayacaq və yenilərini də tətbiq edəcək.