03:55 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
RUSİYA
Qısa URL
33 0 0

"Qərb-2021" təlimləri sentyabrın 10-dan 19-dək Rusiya və Belarus ərazisində keçiriləcək. Tədbirlərə hazırlaşmaq məqsədilə rusiyalı hərbçilər iyulun sonundan Brest şəhərinə toplaşmağa başlayıblar.

BAKI, 8 avqust - Sputnik. Latviya sərhədlərində miqrasiya böhranı, eləcə də qarşıdan gələn "Qərb-2021" təlimləri rusiyalı hərbçilərin NATO qüvvələri ilə Baltika ölkələri və Polşada toqquşma ehtimalını artırır. 

Sputnik Azərbaycan bildirir ki, bunu Financial Times-a müsahibəsində Latviya Xarici İşlər naziri Edqar Rinkeviç deyib.

Diplomatın sözlərinə görə, Rusiya-Belarus manevrləri səbəbindən "bəzi fəaliyyətlərin tam anlaşılmaması riski böyükdür.

"Əgər sərhəd böhranı yaşayırsınızsa, Şimali Atlantika Alyansının sərhədləri yaxınlığında nəhəng hərbi təlimlər keçirilirsə, bizim tərəfimizdə (Litva, Estoniya və Polşa) ordunun mövcudluğunu artırırsınızsa, bu, əlbəttə, insidentlərin yaranma ehtimalını artırır", - Rinkeviç deyib.

Qeyd edək ki, "Qərb-2021" təlimləri sentyabrın 10-dan 19-dək Rusiya və Belarus ərazisində keçiriləcək. Tədbirlərə hazırlaşmaq məqsədilə rusiyalı hərbçilər iyulun sonundan Brest şəhərinə toplaşmağa başlayıblar.

 

Teqlər:
Rusiya, NATO, Belarus, hərbi təlimlər

Əsas mövzular