01:55 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
RUSİYA
Qısa URL
31 0 0

Rusiya FHN-nin yaydığı məlumata görə, Bakı vaxtı ilə saat 15:36-da “An-28” tipli təyyarənin sərt eniş etdiyi yer aşkarlanıb.

BAKI, 16 iyul — Sputnik. Tomsk vilayətində itən təyyarə tapılıb.
Rusiya FHN-nin yaydığı məlumata görə, Bakı vaxtı ilə saat 15:36-da “An-28” tipli təyyarənin sərt eniş etdiyi yer aşkarlanıb. Sərnişin və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. 

14:14

Rusiyada daha bir təyyarə yoxa çıxdı

Rusiyanın Tomsk vilayətinin, Bakçar rayonunda göyərtəsində sərnişinlər olan "An-28" tipli təyyarə qəzaya uğrayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-yə Fövqəladə Xidmətlərdən daxil olan məlumatda bildirilir.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 17 nəfər olub. Onlardan üçü ekipaj üzvü imiş. Təyyarə Kedrovıy - Tomsk marşurutu üzrə hərəkət edirmiş.

Təyyarə "Sibir Yüngül Aviasiya" ASC-yə məxsus olub. Təyyarənin axtarışlarına "Mi-8" helikopteri cəlb olunub.

Qeyd edək ki, iyunun 6-sı Rusiyada sərnişin təyyarəsi radardan itib. Sputnik Azərbaycan xəbər verir ki, Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçuş həyata keçirən "An-26" sərnişin təyyarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 22 sərnişin olub. Sərnişinlərdən ikisinin uşaq olduğu bildirilir. Təyyarənin axtarışına Rusiyanın Sakit okean donanması, bir təyyarə və iki helikopter cəlb edilib.

Rusiya Baş naziri Mixail Mişustin təyyarənin itməsinin səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılması haqqında qərar qəbul edib.

Kamçatkada təyyarə qəzası

Bu yaxınlarda radarlardan itmiş "An-26" təyyarəsinin göyərtəsində olan 28 nəfərin hamısı həlak olub. Təyyarənin qalıqlarını dəniz aviasiyasının "İL-38" təyyarəsi tapıb.

Kamçatkada qəzaya uğrayan təyyarənin qalıqları aeroportdan 3,8 kilometr aralıda tapılıb. Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.

"Təyyarənin qalıqları aeroportdan 3,8 kilometr aralıda aşkarlanıb. Hadisə yerinə 26 nəfərlik xilasedicilər qrupu cəlb olunub", - deyə məlumatda bildirilir.

FHN-dən qeyd olunub ki, qaranlıq düşdüyündən və okeanda qabarma başladığından hərəkət çətinləşir.

Əsas mövzular