BAKI, 28 iyun — Sputnik. Moskvadakı Crocus City Hall-da "Jara" festivalı başa çatar-çatmaz onun təşkilatçısı və ideyaverəni Emin yenidən "döyüşə" atılıb. Bu dəfə belə görünür ki, məhsul uğrunda döyüşdədir.
İş ondadır ki, məşhur müğənni və bzinesmen Instagram-a "Belarus" traktorunu sürərək "Niyə?" hitini oxuduğunun videosunu yerləşdirib.
Ağalarovun fanatlarını bu görüntülər cuşa gətirib. Şərhlərdə hər kəs ona sevgisini ifadə etməyə çalışır.
EMİN-in Instagram-da 2 milyondan çox izləyicisi var.
“Niyə?” kompozisiyası süjetə tam uyğun gəlir. Həqiqətən niyə EMİN “Belarus” traktorunu reklam edir… bəlkə yeni biznesidir?
"Jara" festivalı
"Jara" festivalı 2016-cı ildən etibarən Bakıda keçirilirdi, ancaq koronavirus pandemiyası səbəbindən bu il Moskvada təşkil olunub. Festivalın təşkilatçısı Azərbaycanın Xalq artisti Emin Ağalarov tərəfindən əsası qoyulan "Jara TV" musiqi telekanalıdır.