17:59 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
RUSİYA
Qısa URL
25 0 0

Rusiyanın keçmiş dövlət başçısı ölkənin hüdudları yaxınlığındakı vəziyyətdən narahatlığını dilə gətirib.

BAKI, 22 iyun - Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya sərhədləri yaxınlığında xarici hərbi varlığın artdığını, belə bir siyasətin qəbuledilməz olduğunu və milli təhlükəsizliyə birbaşa təhdidlər yaratdığını bəyan edib.

Çərşənbə axşamı o, Təhlükəsizlik Şurasının Arktikada Rusiyanın milli maraqlarının təmin edilməsinə dair idarələrarası komissiyasının növbəti iclasını keçirib.

“Eyni zamanda, sərhədlərimiz yaxınlığında ölkəmizin qarşının alınmasına yönəlmiş xarici hərbi mövcudluğun artması müşahidə olunur. Aydındır ki, belə bir siyasət tamamilə qəbuledilməzdir, çünki milli təhlükəsizliyə birbaşa təhdidlər yaradır və bütövlükdə bölgədəki vəziyyətin kəskinləşməsinə səbəb ola bilər”, - Medvedev bildirib.

Əsas mövzular