19:34 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
RUSİYA
Qısa URL
16

"Karbon neytrallığına nail olmaq üçün vacib göstəricilərdən bir də istixana qazlarının udulmasıdır. Artıq bu qazların atmosferdə toplanmış həcmlərini azaltmaq lazımdır".

BAKI, 4 iyun — Sputnik. Qlobal istiləşmə problemini həll etmək üçün tullantıların azaldılması kifayət deyil, yığılmış istixana qazları ilə mübarizə aparmaq da vacibdir. Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda start götürmüş Beynəlxalq İqtisadi Forumun (SPIEF-2021) bu gün baş tutmuş plenar iclasında çıxış edərkən bildirib.

"Qlobal istiləşmə problemini həll etmək üçün təbii ki, təkcə tullantıları azaltmaq kifayət deyil. Necə deyərlər, karbon neytrallığına nail olmaq üçün vacib göstəricilərdən biri də istixana qazlarının udulmasıdır. Artıq bu qazların atmosferdə toplanmış həcmlərini azaltmaq lazımdır", – deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, bu sahədə əsas məqam "karbon dioksidin bütün mənbələrdən necə tutulacağını, saxlanacağını və istifadəsini öyrənməkdir".

XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu

İyunun 2-si, çərşənbə günü Sankt-Peterburqda XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz fəaliyyətinə başlayıb. Tədbirdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İyunun 2-dən 6-na kimi davam edəcək forumda iştirakçılar dünya və Rusiya iqtisadiyyatının aktual problemləri, sosial və texnoloji inkişaf məsələlərini müzakirə edəcəklər. Forumun gündəliyində xarici ticarət əlaqələri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq, Avrasiya İqtisadi Birliyində elektron ticarət, dəyişmiş qlobal mühitdə BRICS iqtisadi tərəfdaşlıq məsələləri də yer alır.

Daha sonra forumun gündəliyinə qlobal rəqəmsal platformalar dövründə çoxmədəniyyətli müxtəlifliyin qorunması, turizm sənayesi üçün yeni sərmayə və texnoloji imkanlar, beynəlxalq ticarət üçün rəqəmsal platformanın formalaşması məsələləri və bir çox digər aktual mövzular daxil ediləcək.

Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun tanıtım proqramı çərçivəsində hər il iri tədbirlər, biznes forumları və işgüzar dairələrin nümayəndələrinin görüşləri də keçirilir.

Eləcə də oxuyun:

  • Putin: "Qazprom" "Şimal axını-2" kəmərinə qaz vurmağa hazırdır

  • Kreml Putinlə Baydenin görüşü haqda: Belarus da daxil olmaqla...

Teqlər:
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, Sankt-Peterburq, həll, qlobal istiləşmə, Vladimir Putin

Əsas mövzular