05:11 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
RUSİYA
Qısa URL
16

"Biz özümüz də bu peyvənddən istifadə imkanına sahib olmaq istərdik, amma bunun üçün ÜST-ün təsdiqini gözləyirik. BMT-nin fəaliyyəti baxımından bu çox vacibdir"

BAKI, 11 may — Sputnik. BMT əməkdaşlarının "Sputnik V" ilə peyvənd olunmasını istərdi, ancaq preparatın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməsini gözləyir. Bunu qurumun Baş katibi Antoniu Quterraş Rusiya xəbər agentliklərinə müsahibəsində bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışında qurumun əməkdaşlarına koronavirusa qarşı rus peyvəndinin pulsuz verilməsini təklif etmişdi.

BMT-dən məsələyə münasibət bildirilərək qeyd olunmuşdu ki, qurum Rusiya prezidentinin təklifini müzakirə edir və bununla əlaqədar ÜST-lə əlaqə saxlanılacaq.

"Əvvəla, BMT-nin bir çox əməkdaşına artıq Rusiya Federasiyasında "Sputnik V" peyvəndi vurulub. Biz özümüz də bu peyvənddən istifadə imkanına sahib olmaq istərdik, amma bunun üçün ÜST-ün təsdiqini gözləyirik. BMT-nin fəaliyyəti baxımından bu çox vacibdir", - deyə Quterraş jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz BMT əməkdaşlarını əgər işlədikləri ölkələrdə "Sputnik V" peyvəndi tətbiq olunursa, bu preparatla vaksinasiya olunmağa çağırırıq", - deyə Baş katib vurğulayıb.

Xatırladaq ki, bir qədər bundan əvvəl ÜST-ün eksperti təşkilatın "Sputnik V" peyvəndinə iyunun sonu iyulunun əvvəllərində qiymət verməyi planlaşdırdığını açıqlamışdı.

Əsas mövzular