11:26 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
8 0 0

"Varşavyanka" tipli dizel-elektrik sualtı qayıqları həddən artıq gözəgörünməz olduğu üçün NATO hərbçiləri tətəfindən "Dünya okeanının qara dəliyi" adlandırılıb.

BAKI, 30 aprel — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Hərbi dəniz qüvvələrinin (HDQ) inkişafı dünyada ən uzun dəniz sərhədlərinə malik olan Rusiyanın dövlət prioritetlərindən biri olaraq qalır. Hərbi gəmiqayırmanın sabit inkişafı dəniz və okeanlardakı müasir təhlükələrə tam olaraq cavab verir və bu, Rusiya HDQ-yə dünyada gəmilərin say tərkibi, döyüş effektivliyi və yüksək texnologiyalı silahlanmasına görə lider mövqeyini saxamağa imkan yaradır.

Rusiyada iri gəmiqayımanın inkişafı və bəzi modellərin kütləvi stehsala keçirilməsi müşahidə olunur. Belə ki, mayın 9-na qədər RF-də altı ədəd yeni döyüş gəmisinin əsası qoyulacaq: "Sevmaş"da iki ədəd "Borey-A" layihəsi çərçivəsində strateji atom sualtı kreyseri (Dmitri Donskoy və Knyaz Potyomkin), "Admiral tərsanələri"ndə 636.3 layihəsi çərçivəsində iki ədəd dizel-eletrik sualtı qayıqlarının (Mojaysk və Yakutsk), Amursk gəmiqayırma zavodunda isə 20380 layihəsi çərçivəsində iki ədəd korvetin (adları məlum deyil) inşası başlanacaq.

Hazırda "Sevmaş"da "Borey-A" tipli dörd ədəd submarinanın inşası müxtəlif hazırlıq mərhələsində davam etdirilir. Bundan əlavə "Yasen-M" – "Voronej" və "Vladivostok" (bu layihə çərçivəsində ümumilikdə səkkiz ədəd hiper-səs raketləri daşıyan gəmi inşa olunacaq) layihələri çərçivəsində çoxtəyintlı atom sualtı qayıqlarının inşası davam etdirilir, "Xabarovsk" submarinası üzərində işlər davam edir, "Belqorod" atom sualtı kreyserinin sınaqları keçirilir.

Xatırladım ki, Rusiya HDQ-nin tərkibi 2020-ci ildə daha qırx ədəd döyüş və təminat gəmiləri ilə genişlənib.

"Borey"lərin təyinatı

"Dmitri Donskoy" və "Knyaz Potyomkin" strateji təyinatlı sualtı raket kreyserləri (STSRK) Rusiyanın nüvə triadasının dəniz komponentini gücləndirəcək. Adı çəkilən gəmilər donanmaya 2026-2027-ci illərdə təhvil veriləcək. Qeyd edək ki, "Borey"lər göyərtəsində "Bulava" tipli, hədəfi 8000 km məsafədə vurmağa qadir olan qitələrarası ballistik raketlərini daşımağa qadirdir (hər bir bu tipli raketin ümumi gücü 150 kiloton olan, fərdi şəkildə tuşlanan onlarla bloku var).

Onu da qeyd edək ki, Rusiya HDQ-nin tərkibində artıq üç ədəd "Borey" tipli gəmi var. Bunlar "Yuri Dolqoruki", "Aleksandr Nevski" və "Vladimir Monomax"dır ki, onlar da göyərtəsində ümumilikdə 16 ədəd qitələrarası ballistik raket daşıyır. Ümumilikdə RF Müdafiə Nazirliyi HDQ-yə on ədəd "Borey" tipli gəmi təhvil verməyi planlaşdırır.

"Varşavyanka"nın xüsusi dəst-xətti

"Varşavyanka" tipli dizel-elektrik sualtı qayıqları həddən artıq gözəgörünməz olduğu üçün NATO hərbçiləri tətəfindən "Dünya okeanının qara dəliyi" adlandırılıb. Bu submarinaların göyrətəsində ən yeni naviqasiya sistemləri və avtomatlaşdırılmış məlumat-idarəetmə sistemi, güclü torpeda və yüksək dəqiqlikli raketlər quraşdırılıb. 636.3 layihəsinə aid olan bu qayıqların kütləvi istehsalı yaxşı təşkil olunub.

Beləliklə, müasir "Varşavyanka"lar göyərtəsində 18 torpeda, sualtı və suüstü hədəflərin məhv edilməsi üçün 24 ədəd mina və ən əsası, "Kalibr" tipli qanadlı raketlər daşıyır. Military Watch məcmuəsi qeyd edir ki, "Varşavyanka"ların döyüş potensialı Rusiyanın ərazi suları və sahilllərini etibarlı şəkildə qorumağa imkan verir. Belə ki, hətta nüvə silahı olmadan belə bir ədəd bu tipli submarina ABŞ HDQ-nin iki təyyarədaşıyan zərbə qrupunu məhv etməyə qadirdir. Çünki onun akustik sisteminin (düşməni məsafədən aşkar etmək qabiliyyəti) effektivliyi "tərəfdaşların" analoji imkanlarından üç dəfə yüksəkdir. Beləliklə, cəmi altı ədəd "Varşavyanka" Qara dənizdə ehtimal olunan düşmənin bütün fəaliyyət və manevrlərini tam bloklamağa qadirdir.

636.3 tipli submarinanın su altında sürəti 20 düyünə qədərdir. Gəmi 45 sutka ərzində səyyar çəkildə 2000 mil radiusda ərazidə xidmət aparmağa qadirdir. Qayığın qabaritləri (uzunluğu 73 m, eni 10 m, hündürlüyü 6,2m) dayaz yerlərdə gizlənməyə imkan verir. Qayığın maksimum dalma dərinliyi 300 metrdir. Mühərrikin işi və ekipaj (52 nəfər) üçün hava ehtiyatı 260 saat fasiləsiz olaraq suyun altında qalmağa imkan verir. Təsadüfi deyil ki, Rusiya istehsalı olan 636 və 636M tipli qayıqlar xarici HDQ-lər tərəfindən də kütləvi şəkildə alınır (Çin – 10 ədəd, Vyetnam – 6 ədəd, Əlcəzair – 4 ədəd).

Yenilməz korvetlər

Rusiyada 20380, 20385 və 20386 layihələri çərçivəsində korvetərin də inkişafı davam etdirilir (əvvəllər bu tip gəmiləri keşikçi gəmiləri adlandırırdılar). Həmin gəmilərin su tutumu 2000-3000 tondur. Əslində 20385 və 20386 layihələri elə 20380-in daha mürəkkəb və inkişaf etdirilmiş variantlarıdır. Belə ki, 20385 layihəsində "Redut" zeniit raket kompleksinin döyüş komplektinin sayı 12-dən 16-ya qədər artırılıb, gəmi əleyhinə Х-35 "Uran" raketləri 8 ədəd "Kalibr-NK" raketləri ilə əvəz olunub və perspektivdə isə onun göyərtəsində hipersəs "Sirkon" raketləri də quraşdırıla bilər.

Bundan əlavə adı çəkilən gəmilərin silahları arasında iki ədəd 30 mm-lik AK-630M artilleriya qurğusu (21 km məsafəli, dəqiqədə 80 mərmi ata bilən), "Kortik-M" ZRK və "İqla" daşınan ZRK-ləri də var. Torpedalar əleyhinə 330 mm-lik "Paket-NK" sistemi isə düşmənin suüstü və sualtı qayıqlarına qarşı istifadə oluna bilər. Düşmənin sualtı qayıqlarının aşkar və məhv edilməsi üçün korvetin sərəncamında Ka-27PL tipli göyərtə vertolyotu da var. Gəmi həmçinin müxtəlif radiotexniki silahlarla da təchiz olunub. Onun əsas xüsusiyyətlərindən biri "stels" texnologiyası əsasında çoxqatlı kompozit materiallardan hazırlanmış üst qatıdır. 27 düyün sürətlə 3500 mil məsafəni qət edə bilən korvetlər 99 nəfər ekipajla 15 sutka ərzində tam səyyar şəkildə fəaliyyət göstərmyə qadirdir.

Korvetlərin əsas məqsədi patrul xidməti və sahilə yaxın sularda düşmənin suüstü gəmiləri və submarinaları ilə mübarizə, sahil obyektlərinə raket-artilleriya zərbələrinin endirilməsi və desant əməliyyatlarına dəstəkdir. Bu cür gəmilər Baltik, Qara dəniz və digər sularda hər zaman gərəkli olacaq.

Hazırda Rusiya ordusu və hərbi donanmasında müasir silahların payı 70% təşkil edir və bu, təbii ki son hədd deyil. Müasir çoxqütblü dünyada yüksək texnoloiyalara əsaslanan silahlar Rusiyanı həqiqətən suveren və yenilməz edir. Rusiya HDQ-nin Şimal, Sakit okean, Baltik, Qara dəniz və Xəzər donanmaları milli dəniz siyasəti çərçivəsində müxtəlif tapşırıqları həll edirlər.

Əsas mövzular