17:44 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
1719 0 0

Xidmətin məlumatına görə, M.K.U. rəhbəri Yeqor Krasnov Ukraynadan Rusiya ərazisində qruplaşmanın fəaliyyətini əlaqələndirib.

BAKI, 29 aprel — Sputnik. Rusiya Federal təhlükəsizlik xidmətinin əməkdaşları M.K.U. ukraynalı radikal gənclər icmasının 16 üzvünü saxlayıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslərin partlayış və hücumlar hazırlamaqda əli olduğu güman edilir.

Xidmətin məlumatına görə, M.K.U. rəhbəri Yeqor Krasnov Ukraynadan Rusiya ərazisində qruplaşmanın fəaliyyətini əlaqələndirib.

"Təşkilata yeni üzvlərin cəlb olunması mərhələli şəkildə həyata keçirilib. Əvvəlcə rəhbər yeni üzvlərə binaların üzərinə ekstremist yazılar yazmağı, daha sonra küçədə qalan insanlardan birini və ya hər hansı submədəniyyət təmsilçisini döyməyi təklif edib. Daha sonra isə vətəndaşlara, hüquq mühafizə orqanı əməkdaşlarına silahlı hücum etmək, hakimiyyət orqanlarının binalarını yandırmaq və ya partlatmaq nəzərdə tutulubmuş. Bütün bunları saxlanılan şəxslər danışıb", - deyə FTX-nin məlumatında deyilir.

"İrkutsk, Krasnodar, Saratov, Tambov, Tümen, Çita, Anapa, Puşino, Pereslavl-Zalesski şəhərlərində təşkilatın 16 üzvü saxlanıb. Onların zorakılıqda, ektremizmin təbliğində, habelə inzibati binaların partladılması və vətəndaşlara silahlı hücumlarda əli var", - deyə məlumatda bildirilir.

Axtarışlar zamanı şübhəlilərdən soyuq silah, ekstremist atributika, həyata keçirilmiş və planlaşdırılan terror və ekstremist cinayətlər, yerinə yetirilmiş zorakılıq aksiyaları barədə qruplaşma rəhbərinə göndərilmiş videolar və onunla yazışmalar aşkar edilərək götürülüb.

Qeyd edək ki, mart ayında Gelencik və Yaroslavlda 14 nəfər M.K.U. tərəfdaşının saxlandığı barədə məlumat verilib. Saxlanılanlar həmin qrupun "Krasnovun ideoloji təsiri altında" 2019-cu ildə yarandığını, ondan terror hadisələri, kütləvi qırğınlar və digər zorakılıq aksiyalarının həyata keçirilməsi üçün təlimatlar aldıqlarını etiraf ediblər.

Bundan əlavə, fevralın ortalarında FTX Voronej şəhərində bir qrup M.K.U. təəssübkeşinin və onların 19 yaşlı başçısının tutulduğunu bildirib. Lakin həmin epizodda terror aksiyası məsələsi hallandırılmayıb: saxlanılan şəxslərə qarşı bir gəncin döyülməsi, Voronejdə evlərin divarlarına ekstremist yazıların həkk olunması və ekstremizmə kütləvi çağırışlarla bağlı ittihamlar irəli sürülüb.

Əsas mövzular