21:43 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
7 0 0

"Türkiyədə təqribən 120 min nəfər rus yaşayır. Onların çoxu vaxtilə türklərə ərə getmiş qadınlardır. Və onların orada kifayət qədər böyük icması var. Bu qadınlar daim Rusiya ilə əlaqələr axtarırlar"

 

BAKI, 29 aprel — Sputnik. Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Volfoviç Jirinovski ölkədən kənarda yaşayan ruslara Rusiya pasportlarının verilməsini sadələşdirməyi təklif edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Jirinovski bunun rusların yaşadığı ölkələrdə siyasətə təsir etməsinə imkan verəcəyini dilə gətirib.

"Biz adətən rus diasporasının təsirini düzgün qiymətləndirmirik. Misal üçün, uzağa getmək lazım deyil. Məsələn, Türkiyədə təqribən 120 min nəfər rus yaşayır. Onların çoxu vaxtilə türklərə ərə getmiş qadınlardır. Və onların orada kifayət qədər böyük icması var. Bu qadınlar daim Rusiya ilə əlaqələr axtarırlar. Onlar mənə də müraciət ediblər", - deyə Volfoviç öz "Telegram" kanalında bildirib.

RLDP lideri həmçinin ABŞ-dakı erməni diasporası haqqında da danışıb. "Onlar o qədər güclüdürlər ki, bir dəfə faktiki olaraq prezidentliyə öz namizədlərini də irəli sürmüşdülər. Konqresdə erməni kokusu fəaliyyət göstərir – bu elə bir özünəməxsus alt komitədir ki, ora müxtəlif illərdə 100-dən çox konqresmen daxil olub! Keçmiş dövlət katibi Con Kerri də həmin alt komitədə olub", - deyə siyasətçi xatırladıb.

Jirinovski həmçinin "ABŞ-da rusların ermənilərdən də çox olduğunu" dilə gətirib.

"Bizim həmvətənlərimizə də bu cür nüfuzlu olmaqda kim mane olur ki? Ola bilər ki, ruslar orada ümumiyyətlə öz prezidentini seçə bilər. Lakin bunun üçün onlar Vətənlə əlaqəni, bizim dəstəyimizi hiss etməlidirlər. Biz isə bunu etməkdən imtina edirik, onları Rusiya pasportunu əldə etmək üçün növbəyə duran qasterbayterlərlə eyni sıraya qoyuruq", - deyə Volfoviç vurğulayıb.

Onun fikrincə, ruslara sənədləri "2-3 həftəyə hazırlayıb elə birbaşa konsulluqda vermək" lazımdır.

"Əgər 1990-cı illərdə bütün Sovet pasportları avtomatik olaraq Rusiya pasportlarına dəyişdirilsəydi, indi ölkə əhalisinin sayı 145 milyon deyil, 170 milyon və daha çox olardı. Ukrayna ilə problem olmazdı, Baltikyanı ölkələrdə rusofob siyasət olmazdı, biz dünyada daha böyük nüfuza malik olardıq", - deyə RLDP sədri fikrini tamamlayıb.

Əsas mövzular