17:38 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
11 0 0

Qeyd olunur ki, bu cür məlumatların yayılması müdafiə qabiliyyətinə zərər vura bilər. Faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi başladılıb.

BAKI, 22 aprel — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopolda Qara dəniz donanmasının fəaliyyəti barədə Ukraynaya məlumatlar ötürən rusiyalını saxlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə FTX-nın yaydığı məlumatda bildirilir.

"Sevastopolda Qara dəniz Donanmasının fəaliyyəti barədə dövlət sirri hesab ediləcək məlumatları məqsədli şəkildə toplayaraq Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə ötürən şəxs saxlanılıb", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu cür məlumatların yayılması müdafiə qabiliyyətinə zərər vura bilər.

Faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi başladılıb.

 

Teqlər:
Qara dəniz, Ukrayna, qalmaqal, casus, xəyanət, Rusiya

Əsas mövzular