13:22 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
21 0 0

Koronavirus infeksiyası ilə mübarizədə səylərin koordinasiyası ilə yanaşı, müxtəlif formatlarda dialoqun aktivləşdirilməsi barədə liderlər razılığa gəliblər.

BAKI, 20 aprel - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Kuba prezidenti Migel Dias-Kanel Bermudeslə telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb. 

"Rusiya ilə Kuba arasında strateji partnyorluğun hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı əminlik ifadə olunub. Ticari-iqrtisadi və digər sahələrdə razılaşdırılmış layihələr üzrə birgə işin vacibliyi vurğulanıb", - məlumatda deyilir.

Putin həmçinin Bermudesi Kuba Kommunist Partiyasının MK sədri seçilməsi, eləcə də Kuba liderinin doğum günü münasibətilə təbrik edib. O, Raul Kastroya salamlarının çatdırılmasını təvəqqe edib.

Koronavirus infeksiyası ilə mübarizədə səylərin koordinasiyası ilə yanaşı, müxtəlif formatlarda dialoqun aktivləşdirilməsi barədə liderlər razılığa gəliblər.

Teqlər:
Vladimir Putin, zəng, Kuba, Rusiya

Əsas mövzular