07:07 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
9 0 0

Rusiya Müftilər Şurasının sədr müavini Ruşən Abbasov bildirib ki, Ramazanda Moskva məscidlərinə dindarların böyük axını gözlənilir.

BAKI, 13 aprel — Sputnik. Ramazan ayında müsəlmanların məscidlərə böyük axını gözlənilir, ancaq paytaxtda belə ibadətgahların sayı azdır. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı xəbərə görə, bu açıqlama ilə Rusiya Müftilər Şurasının sədr müavini Ruşən Abbasov çıxış edib.

"Möminlər üçün kifayət qədər məscidimiz, meydançamız yoxdur. Adi cümə namazı vaxtı belə, Bolşaya Tatarskaya küçəsi, Poklonnaya Qoradakı və Mir prospektindəki küçələr bağlanır. Məsələn, bu il yanvarın 1-i cümə gününə təsadüf etdiyindən 35 min nəfər namaz qılmaq üçün Moskva Baş Məscidinə gəlmişdi. Halbuki bu məscidin tutumu 10 min nəfərdir, ancaq pandemiya ilə əlaqədar yalnız 5 min nəfəri içəri buraxa bilirik. Əgər cümə iş gününə təsadüf edərsə, məscidə 13-15 min adam gəlir", – deyə müfti bildirib.

Abbasov onu da qeyd edib ki, Ramazan ayı boyunca məscidlərdə "Rospotrebnadzor"-un bütün tələblərinə əməl olunacaq: "Biz xahiş edirik ki, insanlar gigiyena qaydalarına əməl etsinlər. Ancaq dindarların sayı həddən artıq çoxdur, odur ki məscidlərdə xeyli sayda insan toplaşır. Üstəlik, miqrantların axını da gözlənilir. Məsciddə kifayət qədər yer olmasa, insanlar çölə çıxıb orada namaz qılmağa çalışırlar".

Əsas mövzular