11:46 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
RUSİYA
Qısa URL
19 0 0

Rusiya XİN-in rəhbəri "Bloomberg"in rus diplomatların ABŞ-dan qovulma ehtimalı ilə bağlı xəbərini şərh edərkən istənilən dostyana olmayan hərəkətə cavab verəcəklərini bildirib.

BAKI, 8 aprel — Sputnik. Moskva Vaşinqtonun istənilən dostyana olmayan hərəkətinə cavab verəcək – bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı ehtimal olunan yeni qərarlarını şərh edərkən səsləndirib.

"Bu məsələni şərh etmək çətindir. Təbii ki, biz istənilən dostyana olmayan hərəkətə cavab verəcəyik. Ancaq hələlik mən hansısa konkret qərarla qarşılaşmamışam, heç nə elan olunmayıb. ABŞ administrasiyasının Rusiyanın düşmənsayağı hərəkətləri ilə bağlı araşdırmanı tamamladığını oxudum. Xeyli sürətlə araşdırıb, başa çıxıblar", – deyə rusiyalı diplomat Qazaxıstanda keçirilən mətbuat konfransında "Bloomberg"-in rus diplomatların ABŞ-dan qovulacağı ilə bağlı xəbərini şərh edərkən vurğulayıb.

Lavrov, həmçinin ABŞ-ı etibarsız tərəfdaş adlandırıb: "Dövlət üçün həyati əhəmiyyət kəsb edən sahələrdə onların əhval-ruhiyyəsinə və səhər hansı ayaq üstə qalxdıqlarına etibar edə bilmərik". 

Qeyd edək ki, "Bloomberg"-in ABŞ-ın adının açıqlanmasını istəməyən səlahiyyətli şəxslərindən birinə istinadla yaydığı məlumata görə, Co Bayden administrasiyası Rusiyanın yol verdiyi "qanunsuzluqlar", o cümlədən, seçkilərə müdaxilə və "Solar Winds" proqramı vasitəsilə dövlət qurumlarına edilən kiberhücumlarla bağlı araşdırmanı başa çatdırıb.

Mənbənin verdiyi məlumata görə, buna cavab olaraq Rusiya Federasiyasının ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı yeni sanksiyaların tətbiq olunması, Vaşinqtonda "diplomat adı altında" fəaliyyət göstərən Rusiya kəşfiyyat zabitlərinin ABŞ-dan qovulması kimi radikal addımlar atıla bilər.

Mənbə onu da bildirib ki, sanksiyalar böyük ehtimalla, Rusiya Prezidenti Vladimir Putinə yaxın insanlar, həmçinin seçkilərə müdaxilədə iştirak etmiş qurumlara şamil oluncaq.

Əsas mövzular