08:22 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
RUSİYA
Qısa URL
158 0 0

"Siz bilirsiniz ki, onların keçmişdən yaxşı münasibəti var, indiyə kimi də bunu davam etdirirlər və kifayət qədər tez-tez ünsiyyətdə olurlar".

BAKI, 6 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin keçən həftə, həqiqətən də, Ermənistanın eks-prezidenti Robert Koçaryanla telefonla danışıb. Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Mən bunu təsdiqləyə bilərəm. Həqiqətən də onlar telefonla danışıblar. Və siz bilirsiniz ki, onların keçmişdən yaxşı münasibəti var, indiyə kimi də bunu davam etdirirlər və kifayət qədər tez-tez ünsiyyətdə olurlar", – deyə Peskov jurnalistlərin Koçaryanın ötən həftə "Sistema" holdinqinin direktorlar şurasının iclasında iştirak etmək üçün Moskvaya səfəri zamanı Putinlə telefonla danışıb-danışmadığı barədə suallarını cavablandırarkən bildirib.

Qeyd edək ki, "Sistema" şirkəti telekommunikasiya, elektronika, elektrik enerjisi, pərakəndə satış, maliyyə, tibb, əczaçılıq və biotexnologiya sahələrində aktivlərə sahib investisiya holdinqidir. Əsas səhmdarı şirkətin səhmlərinin 59.2105%-nə sahib olan Vladimir Yevtuşenkovdur.

 

Əsas mövzular